Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:42

RAO EES-in «Barmek»in yerinə gətiriləcəyi ilə bağlı iddialar əsassızdır


Rusiya Vahid Enerji Sistemi – RAO EES şirkətinin «Barmek»in yerinə gətiriləcəyi ilə bağlı iddialar əsassızdır. Mayın 11-də «Azərenerji» Səhmdar Cəmiyyətinin yaydığı məlumatda belə deyilir. «Azərenerji»nin Mətbuat Xidməti bəzi KİV-lərdə irəli sürülən iddiaların heç bir əsasının olmadığını bildirir və əlavə edir ki, Azərbaycan qanunlarına görə, hətta «Barmek»lə olan müqavilə vaxtından avvəl dayandırılsa belə, tender keçirilməli və qalib gələn şirkət fəaliyyət başlamalıdır.


«Azərenerji»nin məlumatında o da qeyd olunur ki, cəmiyyətin apardığı araşdırmalara görə, RAO EES-in maliyyə durumu yaxşı deyil, inkişafını təmin edə bilmək üçün ən azı 4 milyard dollar kapitala ehtiyacı var.


XS
SM
MD
LG