Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:43

Problem


NİYƏ 1000 MANAT?

Marşrut avtobusları gedişhaqqını bu ilin əvvəlində dizel yanacağının qiyməti iki dəfə bahalaşandan sonra 500 manatdan 1000 manata qaldırıblar. O vaxt hökumətdə əminliklə deyirdilər ki, marşrut sahibləri bunu edə bilməzlər, qiymətlər ancaq Tarif Şurasının qərarı ilə dəyişə bilər, Şura isə belə qərar verməyib. Nəqliyyat Nazirliyi hesablamışdı ki, dizelin bahalaşması daşımaların maya dəyərinə cəmi 25-30 faiz təsir elədiyindən, indiki qiymətlə də mənfəətlə işləmək mümkündür. Amma ötən müddət ərzində marşrut sahibləri öz bildikləri kimi 500 manat əvəzinə 1000 manat tələb etdilər.


KƏND TƏSƏRRÜFATI MƏHSULLARI BAHALAŞA BİLƏR


Dizel yanacağının bahalaşmasından ziyan çəkən başqa bir sektor kənd təsərrüfatıdır, hökumət bir müddət əvvəl bu sahəyə əvəzsiz yardım –subsidiya verəcəyini vəd etsə də, sonra bunu etmədi. Kənd Təsərrüfatı Nazirliyi həmişə bildirir ki, dizelin bahalaşması kənd təsərrüfatı məhsullarının maya dəyərinin bahalaşmasına səbəb olmayacaq. Amma, Kəndli-Fermer Təsərrüfatı Birliyinin hesablamalarına görə, dizelin qiymətinin artması məhsulların əvvəlkindən azı 25-30 faiz bahalaşmasına səbəb olacaq.


XS
SM
MD
LG