Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Polis piketə imkan vermədi


Şəhər meriyası qarşısında icazəsiz aksiya - 26 may 2006
Şəhər meriyası qarşısında icazəsiz aksiya - 26 may 2006

Mayın 26-da AXCP-nin bir qrup üzvü Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında icazəsiz piket keçirməyə cəhd edib. «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevin mayın 19-dan 20-nə keçən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülməsinə etiraz edən piketçilər «Azadlıq!», «Terrora yox!» və s. şüarlar səsləndiriblər. Polis piketin qarşısını alıb və bir neçə aksiya iştirakçısı saxlanıb.


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyevə təzyiq faktı ilə AXCP-nin mayın 26-da aksiya keçirmək müraciətinə BŞİH müsbət cavab verməyib. Meriya bunu müraciətin qanunla nəzərdə tutulmuş vaxtda edilməməsi ilə əlaqələndirib.


«Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev mayın 18-dən 19-na keçən gecə naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Bu hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsi istintaq aparır. Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə alan jurnalistin vəziyyəti sabit ağır olaraq qalır.


XS
SM
MD
LG