Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

Avropa Şurası 141 bələdiyyədə təkrar seçkilərin keçirilməsini istəyir


Bu ilin sonuna qədər Azərbaycanda təkrar bələdiyyə seçkiləri keçirilməsə və Azərbaycanın nümayəndə heyəti tam tərkibdə formalaşdırılmasa Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri dayandırılacaq.


Avropa Şurasının Azərbaycan İnformasiya ofisinin çərşənbə günü yaydığı məlumatda belə deyilir. Bildirilir ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi çərşənbə axşamı keçirdiyi plenar iclasında 2004-cü ildə Azərbaycanın 141 bələdiyyəsində təkrar keçiriləcək seçkilərin vaxtının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edib.


Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov deyir ki, bələdiyyə seçkilərinin keçirilməsiylə əlaqədar belə qayda müəyyən olunub ki, əgər bələdiyyə seçkiləri zamanı bu və digər səbəbdən nəticələr etibarsız və yaxud baş tutmamış hesab edilərsə onda əvvəlki bələdiyyələr səlahiyyətlidir.


Seçkilərin keçirilmə müddətinə gəlincə Natiq Məmmədov deyir ki, qanunvericilikdə bu barədə konkret müddət göstərilməyib. «Amma buna baxmayaraq düşünürəm ki, bu ilin sonuna qədər seçkilərin keçirilməsi mümkün olacaq».


XS
SM
MD
LG