Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:29

«İş yerlərinin kütləvi ixtisarları aparılmır»


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli
«Bəzi yerlərdə müvəqqəti məzuniyyət sənədləşdirilir, bəzilərində bu və ya digər formada ixtisarlar aparılır. Amma bu kütləvi hal deyil. Ayrı-ayrı hallardı və bununla bağlı Nazirlər Kabineti tərəfindən tədbirlər görülüb».

Bu fikri «Azadlıq» radiosuna Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

O bildirir ki, dünya iqtisadi böhranı ilə bağlı hazırda Azərbaycanın öz bazarına dair məsələlərdə gərginlik yoxdur:

«Ancaq o müəssisələr ki, bilavasitə xarici şirkətlərlə, xarici investisiyalarla, xarici bazarla sırf bağlıdır, orada bu problemlər çıxa bilir. Bunun da tənzimlənməsi yolları haqda düşünülür».

Hadı Rəcəblinin sözlərinə görə prezident özəl sektora investisiya ayrılması barədə qarşıya vəzifə qoyub ki, bu da həmin tədbirlərdəndir.

«2009-cu ilin dövlət büdcəsi təsdiq edilərkən də bu məsələlər nəzərə alınıb. Ona görə də hansısa layihənin icrasının dayandırılmasından söhbət gedə bilməz. Əvvəldən başlanılan bütün investisiya tutumlu tikintilər davam edəcək. Sosial məqsədlərə ayrılan bütün vəsait son qəpiyinədək bu məqsədlərə yönələcək».

Komitə sədri onu bildirib ki, hər ilin may ayının sonunda parlament büdcənin prosifitinə baxacaq:

«Ola bilər ki, bu il büdcənin profisitinə yox, defisitinə baxaq. Amma hazırda bu məsələ gündəmdə yoxdur. Bu hökumətin müraciətindən asılı olan məsələdir».
XS
SM
MD
LG