Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Türkiyədə həbslərin yeni dalğası


Həbs edilənlər «hökuməti hərbi çevriliş yolu ilə devirməyə cəhd»də ittiham edilirlər
Həbs edilənlər «hökuməti hərbi çevriliş yolu ilə devirməyə cəhd»də ittiham edilirlər
Türkiyədə dünyaca məşhur cərrah başda olmaqla iqtidara müxalif 6 elm adamı həbs edilib.

«Doğan» Xəbər Agentliyinin məlumatına görə, İstanbuldakı Beşiktaş ağır cəza məhkəməsi prokurorlarının apardığı və «Ergenekon» adı verilən əməliyyat çərçivəsində Ankaradakı Başkent Universitetinin qurucu rektoru, dünyada tanınmış cərrah, professor Mehmet Haberal gecə yarısı məhkəmənin hökmü ilə həbs edilərək cəza evinə göndərilib.

Haberal ilə birlikdə Samsundakı 19 may universitetinin rektoru, professor Ferit Bernay, Bursadakı Uludağ universitetinin keçmiş rektoru, professor Mustafa Yurtkuran, Malatyadakı İnönü adına universitetin keçmiş rektoru Fatih Hilmioğlu, Vandakı 100-cü il universitetinin professoru Ayşe Yüksel və «Cümhuriyyət» qəzetinin şərhçisi, professor Erol Manisalı da həbs edilərək cəza evinə göndəriliblər. Türkiyənin yaxından tanıdığı bu elm adamlarının Ərdoğan hökumətinə müxalif olduqları bilinirdi. Onlar «hökuməti hərbi çevriliş yolu ilə devirməyə cəhd»də ittiham edilirlər.
XS
SM
MD
LG