Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:34

Leyla Əliyeva: «Rəqs etməyi sevirəm»


Leyla Əliyeva
Prezident İlham Əliyevin qızı Leyla Əliyeva Rusiyanın «Mayak» radiosuna müsahibə verib.

2-ci hissə

Tuttı Larsen: Sizin təşkilat gənclər təşkilatıdır. Orada hansı yaş həddi var?

Dmitriy Qluxovskiy: Xeyir ola, üzv yazılmaq istəyirsən. Sənə elə gəlmir ki, sənin üçün gecdir?


T.L.: Yox, təəssüf ki, mənim bir damcı da olsa azərbaycanlı qanım yoxdur...

Leyla Əliyeva: Bu təşkilata milli mənsubiyyətindən, yaşından, dini etiqadından asılı olmayaraq istənilən adam yazıla bilər. Çünki biz bölə bilmərik ki, bu millətə icazə var, buna yox, bu yaşda adama olar, o birisinə yox. Təşkilatın məqsədi mədəniyyətin təbliğidir. Bu isə kiminsə haradalı olmasında, təvəllüdündən qat-qat vacibdir.

T.L.: Bəs azərbaycanlılar öz mədəniyyətlərində ən çox nə ilə fəxr edirlər? Bugünkü, müasir azərbaycanlılardan söhbət gedir.

L.Ə.: Olduqca çox şeylə. Yəqin ki, çoxunuz muğam haqda eşitmisiniz, qədim mahnı sənətidir. Bizim çoxlu yaxşı, məhşur rəssamlarımız var. Salahovu hamı tanıyır. Çoxlu şair var. Bir qədər tarixə getsək, görərik ki, Azərbaycan Şərqdə ilk opera və ilk balet sənəti olan ölkədir.

T.L.: Doğrüdanmı, bu mənim üçün yenilikdir. Bəs necə oldu ki, Siz jurnaslitika ilə məşqul olmağa başladınız və “Baku” jurnalının baş redaktoru oldunuz?

L.Ə.: “Baku” jurnalını yaratmaq mənim çoxdankı arzum idi. Çünki Bakı haqqında jurnallar çox çıxsa da, belə bir səviyyədə jurnal hələ olmayıb. Mənim belə bir jurnal haqqında əvvəlcədən aydın təsəvvürlərim var idi. Ona görə də bu jurnal belə uğurlu alındı. Çünki qarşında konkret məqsəd varsa, nə istədiyini əvvəlcədən görə bilirsənsə nəticə həmişə doğrü alınır. Mənim məqsədim jurnalı məhz yağlı kağızda cap etmək və yalnız gözəl və yaxşı nəsnələr haqqında söhbət açmaq idi. Belə ki, bütün dünya üzrə olduqca istedadlı azərbaycanlılar yaşayır. Onlar haqqında heç də hamı bilmir. Bu dərginin məqsədi də məhz belə adamları aşkar edib onların həyatından söhbət açmaqdır.

D.Q.(gülür): Supermarketdə bu dərgi “Yerevan” jurnalı ilə yanaşı satılır. Piştaxtada “Yerevan” jurnalıdır, yanında da “Baku” jurnalı... Birinci hansı dərc olunmağa başlayıb?

L.Ə.: Birinci hansı olub? Bilmirəm, mən heç kimlə müqayisə olunmaq istəmirəm. Mənim məqsədim məhz bənzərsiz olmaq idi.

D.Q.: Yeri gəlmişkən, jurnal çox gözəldir, mən onu götürüb vərəqləmişdim.

L.Ə.: Mənə elə gəlir bir çox ölkələrin jurnalları var, amma “Baku”nun əsas məqsədi heç kimi təkrar etməmək idi və mənə elə gəlir ki, biz buna nail olduq.

T.L.: Bu jurnal hansı oxucuya nəzərdə tutulub, Moskvada yaşayan azərbaycanlılara, yoxsa Bakıda baş verənlərlə maraqlanan ruslara da?

L.Ə.: Mən istərdim ki, bu jurnalın alıcıları təkcə azərbaycanlılar deyil, məhz rusiyalılar olsun. Mənə elə gəlir ki, bu jurnal Azərbaycan haqda az ya çox bilmək istəyən hər bir kəsə maraqlı olar. Belədə isə, hətta Azərbaycana marağın omadıqda, məsələn, bizdə son moda fotoları dərc olunur, o da maraqlıdlr.

D.Q.: Mən Bakıda idim və təəssüf ki, fevral ayı idi, dənizdə çimmək mənə nəsib olmadı, amma məni yeməklər heyran qoydu. Moskvada ən yaxşı Azərbaycan restoranı hansıdır, haranı məsləhət görərdiniz?

L.Ə.: “Zafirana”

D.Q.: “Zafirana” qeyd elədim, bu reklam deyil ha...

T.L.: Mən hətta bilirəm o harada yerləşir.

D.Q.: Mütləq getmək lazımdır. Çünki mənim yadıma gəlir, Bakıda olanda nar şirəsində çox ləzzətli xörəklər yedim, barmağını yalayardın, təzə balığı nar şirəsində qızardırdılar.

L.Ə.: Bizim mətbəximiz çox dadlıdır. Mənim sevimli xörəklərim dolma, dadmısınız da, bir də düşbərədir - olduqca dadlı xörəkdir. Və əlbəttə də ki, plov – bunun üçün lap sinov gedirəm.

T.L.: Bəs belə mətbəxiniz ola-ola belə incə qalmağa necə nail olursunuz?

L.Ə.: Mən Bakıya gedəndə həmişə kökəlirəm.

D.Q.: Sonra gəlirsiniz Moskvaya və heç nə yemirsiniz?

L.Ə.: Yox Moskvada da çox dadlı yeməklər hazırlayırlar.

D.Q.: Moskvada da dadlıdır, amma Bakı xörəkləri ruhunuza daha yaxın olmalıdır.

L.Ə.: Bakida həm də masa prosesi var axı, nahar arxasında oturub söhbət etmək bütöv bir mərasimdir.

D.Q.: Masa mədəniyyətidir, deyilmi?

L.Ə.: Bəli.

T.L.: Bəs sizin Moskva və Bakı həyatınızda başqa hansı fərqlər var? Yəqin ki, Bakıya gedəndə bir xeyli qohumlarla görüşməli, hamısını yoluxmalısan, elədirmi?

L.Ə.: Elə də yox. Mən Bakida çox yaşamadığımdan, ora gedəndə çalışıram daha çox ailəmizlə vaxt keçirim. Belədə isə orada maraqlı şey çoxdur, çoxlu restoranlar, diskotekalar var, hərdən dostlarımla gedirəm. Adətən isə Bakıya qısa müddətə gəldiyimdən çalışıram vaxtımı ancaq yaxın ailə üzvləri ilə keçirim.

T.L.: Siz diskotekaya gedib rəqs etməyi sevirsiniz?

L.Ə.: Rəqs etməyi sevirəm, elədir.

T.L.: Uzundabanlı ayaqqabıları ayağından atıb rəqs etmək?

L.Ə.: Ayaqqabıları atmağı yox, amma rəqs etməyi sevirəm.
XS
SM
MD
LG