Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:22

600-dən çox bal toplayan 5 abituriyent xaricə oxumağa göndəriləcək


Bu il ali məktəbə qəbul imtahanlarında yaxşı nəticə göstərən beş nəfər abituriyent bakalavr dərəcəsi almaq üçün xaricə göndəriləcək. Bu təşəbbüs prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Tələbələri maliyyə xərclərini Dövlət Neft Şirkəti ödəyəcək. Məlumatı iyunun 20-də mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə verib.


Xaricdə təhsil alacaq tələbələr bu il birinci qrupa (əsasən, mühəndislik və texniki ixtisaslar) imtahan verən və 600-dən yuxarı bal yığan abituriyentlərin arasından seçiləcək. Müsabiqə aşağıdakı ixtisaslar üzrə keçiriləcək: faydalı qazıntı yataqlarının geologiyası və kəşfiyyatı (1 yer), faydalı qazıntı yataqlarının işlənməsi (2 yer), neft-qaz və dağ-mədən istehsalının fiziki prosesləri (1 yer), kimya texnologiyası (1 yer). Müsabiqədə Azərbaycan dilini mükəmməl bilən şəxslər iştirak edə bilərlər. Müsabiqəni keçənləri xarici dildən IELTS (International English Language Testing System) proqramından da imtahan verəcək. Bu şərtlərin hamısını ödəyə bilənlər və qəbul olunmaq istədikləri xarici ali məktəbin tələbinə uyğun bal toplayanlar həmin ali məktəbə qəbul olunacaqlar.


Müsabiqədə iştirak etmək üçün imtahan nəticələri elan olunandan sonra bir həftə ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət etmək lazımdır.
XS
SM
MD
LG