Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:28

«Həll olunmamış münaqişələr region üçün çox təhlükəlidir»


Mayın 5-də Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş konfrans keçirilir
Mayın 5-də Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş konfrans keçirilir
«Gürcüstandakı son hadisələr göstərdi ki, Qafqazda münaqişələrin həll olunmamış qalması region üçün çox təhlükəlidir». Bunu deyən NATO-nun Əfqanıstandakı baş mülki zabiti Hikmət Çətinin sözlərinə görə, Cənubi Qafqaz dövlətləri arasında əlaqələr yetərincə inkişaf etməyib və bu da regiondakı təhlükəsizliyə problem yaradır.

Mayın 5-də Azərbaycan-NATO əlaqələrinin 15 illiyinə həsr olunmuş «Keçmişi qiymətləndirməklə gələcəyə baxış» konfransında çıxış edən Hikmət Çətin dedi ki, Cənubi Qafqaz Şərq-Qərb dəhlizinin mərkəzində yerləşir və ən qənaətcil daşınma kəmərləri burdan keçir:

«Regionda münaqişələr həll olunmalıdır. Bu münaqişələr həll olunmadıqca silahlı toqquşma təhlükəsi hər zaman qalacaq. Cənubi Qafqazda terrorçuluq, insan alveri, kütləvi qırğın silahlarının yayılması təhlükəsi qalmaqdadır».

Hikmət Çətinin sözlərinə görə, NATO regionda yeni prespektivlər açmalıdır: «İndidən bilinməlidir ki, NATO-ya üzv olandan sonra bu qurum hansı tövsiyələri verəcək».

Baş mülki zabit hesab edir ki, NATO-ya üzv olmaq bütün problemlərin həlli demək deyil, ancaq kollektiv müdafiə günün zərurətidir.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov da hesab eləyir ki, NATO-ya üzvlük bütün dərdlərə dərman demək deyil, ancaq bu yol Avro-Atlantik təhlükəsizlik məkanına qoşulmaq imkanı yaradır. Araz Əzimov Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramında uğurlu işlədiyi qənaətini bölüşdü.

Onun sözlərinə görə, 15 il əvvəl bu proqrama qoşulanda gündəmdə NATO-ya üzv olmaq məsələsi yox idisə, artıq əldə olunan nailiyyətlər yeni prespektivlər vəd eləyir. Ancaq Araz Əzimov hesab eləyir ki, Avro-Atlantik məkana inteqrasiyada başlıca maneə Dağlıq Qarabağ münaqişəsidir.

1994-cü ildə Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk dövlətlərdən biri olub.
XS
SM
MD
LG