Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Hacı Məmmədovun məhkəməsi davam edir


İyulun 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə adam oğurluğunda və çoxsaylı qətllərdə ittiham olunan Daxili İşlər Nazirliyi Baş Cinayət - Axtarış İdarəsinin polkovnik leytenantı Hacı Məmmədovun və daha 26 nəfərin işiylə bağlı məhkəməyə hazırlıq iclası davam edib. Məhkəmə müdafiə tərəfinin işin yenidən ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatətlərini qəbul etməyib. Hazırlıq iclası iyulun 6-da davam edəcək.


İstintaq materiallarında Hacı Məmmədovun rəhbərlik etdiyi qrupun 10 il ərzində sifarişli qətllər törətdiyi, adam oğurluğu ilə məşğul olduğu bildirilir. Bu qrupu 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları zərərsizləşdirib.


XS
SM
MD
LG