Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Səhiyyə Nazirliyi iki tibb müəssisəsinə nöqsanları aradan qaldırmaq üçün 10 gün vaxt verdi


Səhiyyə Nazirliyinin (SN) Mətbuat Xidmətindən verilən məlumata görə, nazirilk «Euromed» və «BİO SİS» özəl tibb müəssisələrinin işini yoxlayan zaman nöqsanlar aşkar edib. Həmin müəssisələrə nöqsanarı aradan qaldırmaq üçün 10 gün vaxt verilib.


Bildirilir ki, hər iki tibb müəssisəsində sənədləşmə SN və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi standartlara uyğun olmayıb. Bundan başqa, işə qəbul zamanı nazirliyin qaydalarına əməl olunmayıb. Hər iki klinikada təchizat üçün uyğun sertfikat yoxdur. «Euromed»də yararlılıq vaxtı ötən və qeydiyyatdan keçməyən dərmanlar da aşkar edilib.


Səhiyyə Nazirliyi son on gün ərzində «Funda», «Diamed» və «Davud» özəl tibb müəssisələrinin fəailyyətini dayandırıb.


XS
SM
MD
LG