Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Qazaxıstan nefti BTC ilə gələn ilin ikinci yarısından nəql olunmağa başlayacaq


Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan kəməriylə gələn ilin ikinci yarısından nəql olunmağa başlayacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov bildirib. Onun sözlərinə görə, Qazaxıstan neftinin kəmərə vurulması yalnız bu ölkənin ən böyük yatağı olan «Kaşağan»da hasilata başlanması ilə əlaqələndirilməməlidir. Həmin yatağın istismarına 3-4 ilə başlanacağı gözlənilir. Elşad Nəsirov deyib ki, ilk olaraq kəmərə «Tengiz» yatağından çıxan neft vurulacaq.


XS
SM
MD
LG