Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:42

Mətbuatın 131 illiyi döyüş bölgəsində qeyd olunacaq


İyulun 18-də Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə daxil olan bölgələrin - Ağdam, Bərdə, Yevlax, Füzuli, Goranboy, Naftalan, Xanlar, Xocalı, Kəlbəcər rayonlarında fəaliyyət göstərən mətbuat vasitələrinin rəhbərləri və yerli hakimiyyət nümayəndələri milli mətbuatın 131 illiyini qeyd etmək üçün Tərtər rayonuna toplaşacaqlar. Mətbuat Şurası (MŞ ) bu görüşdə bölgə mətbuatının indiki dürümünü müzakirə etmək niyyətindədir.


MŞ-nın sədri Əflatun Amaşov deyir ki, müzakirə ediləcək məsələlər sırasında «bölgədə mətbuat və cəmiyyət», «Bakıda fəaliyyət göstərən KİV-lər in bölgələrin problemləri ilə nə dərəcədə maraqlanmaları» və digər mövzular da var.


Toplantıda Bakıdan Əflatun Amaşovla bərabər bu qurumun daha iki üzvü və Milli Teleradio və Yayım Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli iştirak edəcəklər.


Tədbir iştirakçıları bölgədə hərbi hissələrə də baş çəkib əsgərlərin vəziyyəti ilə maraqlanacaqlar.



XS
SM
MD
LG