Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

İran Azərbaycanında gecə həbsləri davam edir


Həbsdə olan azərbaycanlı fəallardan 13 nəfərinin azad edildiyi xəbər verilir
Həbsdə olan azərbaycanlı fəallardan 13 nəfərinin azad edildiyi xəbər verilir

İran Azərbaycanından alınan xəbərlərə əsasən iyulun 15 və 16-da həbsdə olan azərbaycanlı fəallardan 13 nəfəri azad edilib. Onların çoxunun məhkəmələrə milyonlar tümən ödədikdən sonra zaminə buraxıldığı bildirilir. Lakin karikatura qalmaqalından iki ay keçməsinə baxmayaraq İran Azərbaycanında hələ də həbslər davam etməkdədir.


İranın təhlükəsizlik idarəsinin əməkdaşları mitinqlər zamanı çəkdikləri şəkilləri Vətəndaşların Qeydiyyatı İdarəsinə verir və aksiyalarda iştirak edən şəxslərin adlarını dəqiqləşdirirlər. Adları və soyadları məlum olduqdan sonra isə təhlükəsizlik idarəsinin əməkdaşları həmin şəxslərin ev ünvanlarını müəyyənləşdirir və gecə saatlarında onların evlərinə basqın edir. Gecə basqınları zamanı yaxalananlardan biri iyulun 10-da gecə saat 2-də Təbrizdəki evindən tutulub aparılan mühəndis Məhbub Təqəvi olub. İranın təhlükəsizlik idarəsinin bildirdiyinə görə mühəndis Təqəvinin nəzarət altına alınmasının digər səbəbi isə həyat yoldaşının əslən Bakıdan olmasıdır.


Eyni zamanda beynəlxalq insan hüquqları təşkilatlarının dəfələrələ müraciətlər etməsinə baxmayaraq, Abbas Lisani, Ustad Həsən Dəmirçi, Çəngiz Bəxtaver, vəkil Saleh Kamrani, mühəndis Qulamrıza Əmani, mühəndis Həsən Raşidi, Cavad Abbasi, Rıza Abbasi, jurnalist Nadir Vəlipur, Vüdud Əsədi, Hüccətül-islam Əbdüləziz Əzimi-Qədim və Hidayət Zakir bu günə qədər həbsdə saxlanılır. Bu məhbusların çoxunun səhhətinin ağır olduğu bildirilir.


XS
SM
MD
LG