Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Təbriz aksiyasında iştiraka görə 6 ay həbs və 50 şallaq...


Ərdəbil vilayətində ötən il 15 min nəfər məhkəməyə verilib
Ərdəbil vilayətində ötən il 15 min nəfər məhkəməyə verilib

Ərdəbil vilayətinin prokuroru Məhəmmədtağı Rəbii iki ay bundan əvvəl İran Azərbaycanın şəhərlərində baş qaldırmış iğtişaşların xaricdən qaynaqlandığı barədə bəzi sənədlər əldə edildiyini bildirib. O, bu haqda ətraflı məlumat verməyib. Lakin Ərdəbil iğtişaşları zamanı maddi zərərə məruz qalan mülki əhalinin məhkəməyə müraciət etməsini istəyib. Ərdəbil prokuroru Məhəmmədtağı Rəbii ötən il ərzində bu vilayətdə 15 min nəfərin məhkəməyə verildiyini bildirib. Təqsirləndirilən şəxslər içərisində siyasi məhbusların olduğu da istisna edilmir .


Ərbədil həbsxanalarında məhbusların fiziki təsirlərə məruz qaldığı barədə xəbərlər gəlməkdədir. Təbriz aksiyalarında iştirak etdiyinə görə, Tağı adlı gənc Azərbaycan fəalı 6 ay müddətinə azadlıqdan məhrum edilməklə yanaşı 50 şallaqla cəzalandırılıb.


Ötən həftə Ərdəbil həbsxanasının Azərbaycan fəallarının saxlandığı hissədə ağır qrip virusunun geniş yayıldığı bildirildi. Bu yaxınlarda azad edilən 12 fəaldan başqa hazırda Ərdəbil həbsxanasında 15 nəfərin saxlanıldığı məlumdur. Onların hamısının isə ağır qripə yoluxduğu bildirilir. Son vaxtlar həmin həbsxanadan azad edilənlərin dediyinə görə onlara dərman çatdırılmır və məhbusların həkimlə görüşünə mane yaradılır.


Bu və ötən həftə ərzində Ərdəbil şəhərinin fəallarının dəfələrlə sorğu-suala çəkildiyi, təhlükəsizlik idarələrində döyüldüyü və işgəncələrə məruz qaldığı xəbər verilir. O cümlədən həbsdən zaminə buraxılan 12 fəalın bir neçəsi yenidən Ərdəbilin inqilab məhkəməsinə aparılıb. Onların siyahısında Rəhim Qulami, Əli Babai, Rəhim Xudadadi, Məzahir Mali və Əsgər Əkbərzadənin adı qeyd olunub.
XS
SM
MD
LG