Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

Satirik-jurnalist Mirzə Sakitin istintaqı başa çatdı


İyulun 24-də «Azadlıq» qəzetinin əməkdaşı, satirik jurnalist Sakit Zahidovun istintaqı başa çatıb. Jurnalistin Hüquqlarını Müdafiə Komitəsinin sədri Emin Hüseynov bildirir ki, iyulun 25-də istintaq materialları Sakit Zahidova və onun vəkili Vüqar Xasayevə təqdim olunacaq.


Komitə üzvləri ötən həftə DİN Ramil Usubovla görüşəndə nazir bildirmişdi ki, istintaqın sürətləndirilməsi üçün göstəriş verib və jurnalistin məhkəməsi bu həftə başlana bilər.


Sakit Zahidovun Hüquqlarını Müdafiə Komitəsi də paralel təhqiqat aparıb və onun nəticələri iyulun 25-də ictimaiyyətə məlumat veriləcək.


Hüquq-mühafizə orqanlarının məlumatına görə, Sakit Zahidov saxlanarkən üzərində 10 qram heroin tapılıb. Bu ittiham sübut olunrasa onu 12 ilədək həbs gözləyə bilər.


XS
SM
MD
LG