Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:41

Dövlət Miqrasiya Proqramı təsdiq edilib


Prezident İlham Əliyev iyulun 25-də «Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsi haqqında» sərəncam imzalayıb. Sənədlə Dövlət Miqrasiya Proqramı (2006-2008-ci illər) təsdiq edilir.
Proqramın yerinə yetirilməsinə nəzarət Nazirlər Kabinetinə və Prezidentin İcra Aparatına həvalə olunur.
Sərəncama əsasən Nazirlər Kabineti miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə müvafiq dövlət qurumunun yaradılmasına dair təkliflərini bir ay müddətində prezidentə təqdim etməlidir.


XS
SM
MD
LG