Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

Qocalar necə istirahət edir?


Milli Parkdakı «Veteranlar Klubu», 26 iyul 2006
Milli Parkdakı «Veteranlar Klubu», 26 iyul 2006

80 yaşlı Bəhram Quliyev hər gün saat 11-dən axşam 7-yə kimi Mili Pakdakı «Veteranlar Klubu»nda olur. O, sonuncu dəfə sanatoriyaya 1990-cı ildə gedib. O vaxtdan bəri istirahət etdiyi, dost-tanışları və həmyaşıdları ilə görüşdüyü yer «Veteranlar Klubu»dur. Yayın isti günlərini hardasa keçirmək həmişə Bəhram dayının könlündən keçib. Amma 150 min manat təqaüdlə harasa istirahətə getməyin mümkün olmaması onu öz fikrindən daşındırır. Bəhram dayı deyir ki, bir neçə dəfə rəsmi qurumlara müraciət edib, istirahətə getmək istədiyini bildirib, amma həmin qurumlardan heç bir səs-soraq çıxmayıb. Odur ki, indi heç yerə müraciət etmir, hər gün Milli Parka gəlir, həmyaşıdları ilə domino, şahmat və nərd oynayır.


Amma Bəhram Quliyevdən fərqli olaraq onunla nərd oynayan 82 yaşlı Şamxal Əliyev istirahətdən üç gün əvvəl qayıdıb. Hüquq-mühafizə orqanlarında uzun müddət çalışdığını deyən cənab Əliyev bildirir ki, Nabrana 20 günlük istirahətə də dövlət vəsaiti hesabına yollanıb. Üçüncü qrup müharibə veteranı olan Şamxal Əliyev istirahətdə tək olmayıb, onunla bir yerdə 80 nəfərə yaxın həmyaşıdı da istirahət edib.


Bəhram Quliyev isə istirahətə gedə bilmədiyinə görə, heç kimdən incimir. O, 50 il əvvəl tələbəlik illərində sevib-seçdiyi xanımı ilə hər axşam evlərinin yanındakı parkda 10-15 dəqiqə gəzişməyi, keçmiş günlərdən söhbət etməyi özü üçün ən yaxşı istirahət sayır. Hətta yay günlərində belə gəzintiləri heç vaxt təxirə də salmır.


Bəhram dayı deyir ki, bəzən yoldaşı ilə qol-qola girib yaxınlıqda yaşayan qohum-qonşuya da baş çəkirlər.


Bəhram dayının bir sıra arzuları da var. İstəyir ki, övladları yaxşı dolansın, nəvələri yüksək səviyyədə təhsil alsın...


XS
SM
MD
LG