Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:14

Suriya səfirinin toy dəvətnaməsi ləğv edildi


Suriyada mitinqlərdən biri, 17 aprel 2011
Suriyada mitinqlərdən biri, 17 aprel 2011
Britaniya hökuməti Suriya səfirinin şahzadə Williamın aprelin 29-da keçiriləcək toyuna dəvətnaməsini ləğv edib. Britanın Xarici İşlər Nazirliyi bunu Suriya hökumətinin demokratiya tərəfdarlarının keçirdikləri mitinqləri zorla dağıtması ilə izah edib. Bu dəvətə görə Britaniya hökuməti müxalifət və insan haqları fəallarının tənqidləri ilə üzləşmişdi.

İnsan haqları fəalları son bir neçə həftədə Suriyada keçirilən etiraz aksiyalarında təhlükəsizlik qüvvələrinin azı 500 nəfəri öldürdüklərini bildirirlər. Sawasiah adlı insan haqları qrupu ölkədə minlərlə adamın həbs edildiyini, çox sayda insanın da hələ itkin hesab edildiyini bildirir.

Təşkilat bu gün yaydığı məlumatında qeyd edir ki, prezident Bashar al-Assadın rejiminə qarşı son altı həftədə keçirilən etiraz aksiyalarında həlak olan azı 500 nəfərin kimliyi təsdiqlənib. Qurum beynəlxalq ictimaiyyəti bu qətliamı dayandırmağa kömək etməyə çağırır. Bəyanatda qeyd edilir ki, xüsusilə etiraz aksiyalarının mərkəzinə çevrilmiş Deraa şəhərində hökumət qüvvələri tanklar və artilleriya qurğularından istifadə edib.

Sawasiah təşkilatını hazırda həbsdə saxlanan insan haqları üzrə vəkil Mohannad al-Hassani qurub.
Suriyadan Livana qaçanlar, 28 aprel 2011

“Reuters” agentliyinin məlumatına görə bu gün əksəriyyəti qadın və uşaqlar olan yüzlərlə Suriya sakini qonşu Livana qaçıb. Sərhədin Suriya tərəfində atəş səsləri eşidilib.

Suriyanın Licvanla həmnsərhəd bölgələrinin keçmiş meri Mahmood Khazaal bildirir ki, artıq 1500 nəfər sərhədi piyada keçib.

Agentliyin başqa bir məlumatına görə dünən Assadın rəhbərlik etdiyi Baath partiyasının Deraa şəhərindəki yerli təşkilatından 200 nəfər istefa verib. Onlar hökumət bu şəhərə tanklarla hücumuan etiraz etdiklərini deyiblər.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashtonun sözçüsü Michael Mann bildirib ki, bu Birliyin Suriyaya qarşı sankisyaları qəbul edilə bilər:

- Bütün variantlar stolun üstündədir. Amma hələlik nə addım atılacağı məlum deyil. Əlbəttə, biz artıq Suriya rejiminin addımlarını pisləmişik. Biz hər zaman insanlara qarşı zorakılığı pisləyirik. Etiraz askiyası iştirakçılarına atəş açmaq qətiyyən olmaz.
Həmçinin oxuyun

Dünən BMT Təhlükəsizlik Şurası da Suriyada etiraz aksiyalarının zorla dağıdılması məsələsini müzakirə edib. Amma Rusiya və Çinin qarşı çıxmasına görə Şura Suriya hökumətini qınayan qətnaməni qəbul edə bilməyib.

Rusiyanın BMT-ki nümayəndəsi Aleksandt Pankin deyib, Moskva güman etmir ki, Suriyadakı hadisələr beynəlxalq təhlükəsizliyə problem yaradır və o xəbərdarlıq edir ki, xarici müdaxilə Suriyada böhranı vətəndaş müharibəsinə çevirə bilər.

Bu gün Londonda səfərdə olan Avstraliyanın Xarici İşlər naziri də dünya ictimaiyyətini Suriya rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
XS
SM
MD
LG