Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:35

FƏDAİ. Bəxtiyarnamə


AZADBƏXT İLƏ GÜLCƏMALIN
GÖRÜŞÜ


Ərənlərdən eşitdim bir hekayət,
Ki, ravi söyləmişdir bir rəvayət,
Əcəm mülkündə sultan ibni-sultan,
Özü xaqani-məğrur, şahi-dövran.
Adı Azadbəxt, məşğuli-işrət,
Başında fikri-badə, gözdə qəflət.
Nə millətdən sorarmış halü əhval,
Nə dövlətçün qılarmış fikri-iqbal.
O sultanın sarayda on vəziri,
Fəsadü fitnənin ustadi-piri.
Vəzirlərdən əlavə bir də sərdar.
Qoşun sərkərdəsi, bir mərdi-hüşyar,
Əmirin can alan dilbər ədali,
Qızının hüsni ziba, gülcəmali.
Vəzirlər macərası, çox müfəssəl,
Açaq söhbət biz ol duxtərdən əvvəl.
O qız ki, hər baxışda can alarmış,
Gözəllər hüsnünə heyran qalarmış.
Kaman qaşlar çəkilmiş yayə bənzər.
Səmavi gözləri dəryayə bənzər
Saçı sünbül, boyu sərvü sənubər.
Nə cürət sərvdə olsun bərabər.
Yanağı lalədən almış nişani,
Dürü gövhər saçarmış gül dəhani.
Buxağında xalı-yanmış sitarə.
Ürəklər ovlayan ol mahiparə.
Kəmalü hüsni çün gəlməz bəyanə,
Əmirin nurididə, həm yeganə
Qızı və dərdinə sirdaş imiş o,
Hamı əsrarinə yoldaş imiş o.
Yerişdə xoş, görüşdə gülcəmalmış.
Adı da surəti tək Gülcəmalmış.
Əmirə olmuş idi böylə adət,
Qız ilə görüşüb qılmazsa söhbət,
Qəbul etməz nə elçi, nə ərizə,
Olar xəstə dönərmiş bir mərizə.
Əgər bir gün görüş tutmazsa əncam,
Əmiri-ləşgər olmazdı dil aram.

* * *

Baharın şən çağında, xoş zamanda,
Şəhərdən çox uzaqda, bir məkanda,
Əmir oldu gülüstan səmtə azim,
Yanında vardı əyanü mülazim.
Çəmənzarə yetib oldu piyadə.
Ki, nagah Gulcəmalı düşdü yadə.
Bu firqətdən xəyalı oldu qəmgin.
Və əmr etdi ki, xadim şəhrə getsin.
Olunsun Gülcəmal da seyrə dəvət,
Ki, bəlkə xoş keçə bu eyşü işrət.
Demiş – “Onsuz keçən gün düz deyildir
Qızım yoxsa, günüm gündüz deyildir”.
Bəli, sadir olunca hökmü fərman,
Əmirin qasidi şəhrə şitaban1,
Gəlib ol dəm qıza etmiş ki, ixbar:
– Atan gözlər səni zinhar, zinhar!
Bu sözdən Gülcəmal olmuş sərəfraz.
Qanadlı quş kimi etsinmi pərvaz?
Ata xidmətinə getmək üçün o,
Əmirin vəslinə yetmək üçün o,
İşıqlı günmü, yainki tarik?2
Buyurmuş ki, görülsün hər tədarik.
Çağırsınlar haman dəm saribani,
Yola hazırlasınlar karivani.
Kəcavə bəxş edilsin Gülcəmalə,

__________
1 Təcili
2 Qaranlıq

Ki, sürətlə yetişsin o vüsalə.
Xülasə, göstəriş əncamə yetmiş,
Səfər hazırlığı itmamə yetmiş.
Kəcavə içrə ol mahi-zəmanə,
Kəmali-şövqilə olmuş rəvanə.
Qəzanın işlərinə qıl nəzarə.
O gün çıxmışdı sultan da şikarə.
Gəzərkən çölləri tapmaq üçün ov
Olub bir nazəninin hüsnünə ov.
Uzaqdan gördü çün ol karivani,
İşarə qıldı gəlsin, Karidani.
Vəzirə söylədi: – Ey mərdi-hüşyar!
Bizə gəl mətləbi sən eylə izhar!
Kimə aid ola səncə bu xərgah?
Bizi bu qissədən gəl eylə agah.
Nədir məqsəd səfərdən karivanə,
Haraya, hansı səmtə ol rəvanə,
Olub getməkdədir. Eylə bəyan sən,
Bu sirri gəl bizə eylə əyan sən!
Vəziri-Karidan gəlmiş hüzurə;
Nihan əfkarini vermiş zühurə:
– Ki, ey şahi-cahan, sultani-aləm!
Həmişə sən olasan şadü xürrəm,
O bir güldür ki, min gülzar içində,
Onun manəndi yox dərbar içində.
Gözəllər cənnətində hurü qilman,
Cavahirlər içində dürri-qəltan,
Cəmali gül saçar bu gülcəmalın,
Əmir bağında bitmiş növ nəhalın,
Atası eyləmişdir çünki dəvət,
Səyahət əzminə qılmış iradət.
Şimaldan bir külək şiddətlə əsmiş,
Vəzirin söhbətin ağzında kəsmiş,
Kəcavə pərdəsin atmış kənarə,
Günəş çıxmış bulutdan aşikarə.
Edib şahi yerində matu-məbhut,
Qılıb ağlını başdan məhvü nabud.
Məhəbbət tirinə olmuş nişanə,
Çətindir vəsfini almaq bəyanə.
İki göz bir-birinə çünki qarşu
Tutuşdu, qəlblərdə nicə duyğu.
Görüncə şahı qız, bir dəm dayandı.
Sanasan eşqidən odlara yandı.
Vücudi eşqdən almış hərarət,
Ürəkdə qalmamış aramü taqət.
Vəzirdən məsləhət sormuş o sultan,
– Nə etmək kim bu müşgül1 olsun asan?
İradəm var, bu dilbər yarım olsun.
Ənisü munisi-dildarım o olsun.
Saraydan qoy ucalsın sazü avaz,
Qanad çalsın səmadə mürği-şəhbaz.
Geri dönmək, şikari bərhəm etmək,
Onunla birləşib amalə yetmək.
Vəziri-Karidan vermiş cavabi,
Nəsihətlə belə etmiş xitabi,
Demiş: – Şahın sözü eyni həqiqət,
Vəlakin bizdə vardır boylə adət,
Onu almaq gərək şər’ə müvafiq.
Hamı şahdan ola razi xəlayiq.
Atasını əgər qılsan xəbərdar,
Olar asan sənə hər kari-düşvar2.
Rəvan eylə qıza bir elçi getsin,
Əmiri öz evində müxbir etsin.
Vəlakin qılmasan meylincə rəftar,
Açar düşmən dili böhtanə göftar.
Şəhin haqqında söylər nasəzalər
Salıb şərrə, deyərlər iftiralər,
Əgər səbr ilə rəftar etsən əlan
Daha olmazsan axırda pəşiman.
Vəzirə söyləmiş: – Sakit və xamuş,
Nə lazım, vermərəm bu sözlərə guş3.

__________
1 Çətin
2 Çətin iş
3 Qulaq


Səni aqil sanıb etdim sualı,
Sən isə sərsərisən, laübali.
Çəkil, rədd ol, mənə etmə nəsihət!
Nədir elçi, nədir qayda, şəriət?
Mənə tabe ikən bu mülki-dünya,
Nə istərsəm gərək olsun mühəyya.
Vəziri-Karidan, pəjmürdə, qəmgin,
Vəlakin şahə qarşı qəlbi pürkin.
Düşündü: “Gər taparsam qız atasın,
Yəqin et alaram səndən qisasım!”.
Qızın eşqiylə məst olmuşdu sultan,
O saat sadir etdi boylə fərman:
“Gözü ceyran baxışlı bir cahandar,
Məni öz hüsnünə etmiş giriftar.
Çalınsın təbl, gəlsin cümlə əyan.
Büsati-toy məhəyya olsun əlan,
Qayıtmaq paytaxtə işbu saət,
Bu əmrə etməli cümlə rəayət!”.
Günəş nuri üfüqdə çünki söndü,
Şikar əhli təmamən şəhrə döndü,
Quruldu məclisi-əqdü nigahi1,
Hamı təbrik qıldı padişahi,
Edib məclisdə hazır Gülcəmali,
O dəm qazi belə verdi suali:
– Səadət ulduzu, fərxəndə ey qız!
Gözəllər hüsnünə şərməndə ey qız!
Həyavü ismətin ondan ziyadə,
Yetişsin şahımız sənlə muradə.
Duayi-xeyrilədir bu xitabım,
Rizayi-qəlbilə gəl ver cavabım,
Qaçırma gəl əlindən bu şikari;
“Bəli” söylə ki, olsun əqd cari.
Hamı dalmış sükutə, matü-heyran.
Rizayi əqd verdi mahi-taban,
Çalındı təblü kusi-şadiyanə,

__________
1 Kəbin məclisi


Ata olarmı bundan şad ya nə?
Dedi sultan: – Əmirə namə getsin,
Onu bu qissədən qoy agəh etsin.
Yazıldı namədə: “Ey mərdi-dövran!
Ki, damadın mübarək, oldu sultan.
Gözün aydın ola ey miri-ləşgər1,
Ki, sultan Gülcəmalə oldu həmsər!”2.
Vəziri-Karidanə çatdı fürsət,
Qisas almaq üçün lazımdı xidmət.
Dedi sultanə kim: ey padişahim!
Başımın kölgəsi, həm qibləgahim!
Əgər versə şəhim bir dəm icazə,
Dönüb bir anda mürqi-şahibazə,
Alım bir muştuluq dəsti-pədərdən3,
Edim hali onu bu xoş xəbərdən.
Vəzirin xahişi sultanə yetdi,
Alıb da naməni icrayə getdi.
O çatdı çün əmirin xidmətinə,
Dedi: – Sultan toxundu izzətinə,
Zor ilə aldı getdi Gülcəmali,
Edib rüsvayi-dövran xoş xisali,
Bütün zəhmətlərin də getdi badə.
Qoyub həsrət səni vəsli-muradə.
Alıb övladını səndən xəbərsiz,
Özünə övrət etmişdir səmərəsiz,
Bu hörmətsizlik səninçün bəlkə azmış
Hələ bu namədə gör bir nə yazmış?
Tamamən boş, yalan, əfsanə sözlər,
Həqiqətdən uzaq, biganə sözlər”.
Əmirin caninə düşdü şərarət,
Odur ki, şahə qarşı doğdu nifrət,
Axıtdı gözlərindən qanlı yaşi,
Sanasan zəhrə döndü dadlı aşi.
Vəzirə üz tutub etdi suali:

__________
1 Qoşun başçısı
2 Ər, adaxlı
3 Atanın əlindən


Nədir tədbir, məni gəl eylə hali?
– Sənə lazım, – dedi, – əlbəttə tədbir
Qisas almaq üçün hər dürlü təzvir.1
Yazıb bir namə şahə sən dua qıl!
Mübarəkbadlıq əmrin sən əda qıl.
Təşəkkür et ona, zahirdə əlbət,
Bu şərtilə qala batində nifrət.
Yaz: “Ey şahim, mübarək, min mübarək!
Bu toy olsun sənə daim mübarək!
Yolunda hazıram candan keçəm mən,
Nə çarə eyləyim ki, bir heçəm mən.
Dilim aciz qalıb sözdən, kəlamdan,
Kim eylər imtina bu ehtiramdan?
Səadət badəsindən sərxoşam mən.
Təbibi şah olan bir naxoşam mən.
Nicati-ömrümün Loğmani sənsən,
Davasız dərdimin dərmani sənsən.
Yetirdim ərzimi bəndə təmamə,
Nədir hökmün, büyür kəmtər qulamə?..”2
Yazıldı namə çün tapdı sərəncam,
Günəş söndü səmadə oldu axşam.


ƏMİRİN FİTNƏSİ

Keçər günlər, ötər aylar, sərasər,
Cahanda vəsli-yarə yox bərabər.
Cəmali-dilbərə məftundu sultan,
Vüsali Gülcəmalə matü-heyran,
Edərkən yar ilə həmsaz dəmlər,
Nişati zövqilə pərvaz dəmlər,
Düşünməzkən nədir hali diyarın,
Olub məftun fəqət ruxsari yarın.
Günüzlər həmdəmi saqərlə badə,

__________
1 Hiylə
2 Alçaq nökər


Gecələr məst olub ondan ziyadə.
Nə bilsin kim, kəmində gizlənən var.
Onu hər bir dəqiqə izləyən var.
Ərənlər söyləmişlər: “Mərdi-aqil,
Unutmaz düşməni, etməz təqafil”.
Görüb qəflət dəmində hökmdari
Əmir aldı ələ küll ixtiyari,
Qurub məclis evində xəlvət etdi.
Vəziri həm vəkili dəvət etdi.
Açıb dil söhbətə iqrarə gəldi,
O, gizli mətləbi izharə gəldi.
Dedi: – Sizdən deyil məxfi xəyalım,
Əlimdən getdi nazlı Gülcəmalım!
Nə qədri xidmət etdim padişahə,
Vəli verdi cəza mən bipənahə.
Olub rüsvayi-aləm mən diləfkar,
Əlindən padişahin eylərəm zar.
Edirdim dövlətə vicdanla xidmət.
Vəli etdi mənə sultan xəyanət,
Olub əyanu əşraf cümlə xamuş,
Əmirin sözlərinə verdilər guş.
Vəziri-Karidan, ol mərdi-hüşyar,
Cavabında əmirin etdi ixtar,
Dedi: xidmətlərin zənnimcə məşhur,
Qoşun sərkərdəsi, ey mərdi-məğrur!
Sənin tədbirinə yox şübhə əsla,
Sənə layiqdi məsnəd ərşi-əla.
Fəsadü fitnəyə qoydun nəhayət.
Sənə ümmid olan çəkməz nədamət.
Vəzirlər cümləsi qarşında hazır.
Nə söylərsən onu icrayə nazir,
Əgər şahdan qisas almaq dilərsən,
Bizi öz əmrinə sadiq görərsən.
Hökumət məsnədinə o nə layiq?
Bu tacü dövlətə sənsən müvafiq.
“Bizə çün zahir olmuşdur həqiqət”.
Olub vacib edək ərzi-iradət.
“Qilalım canü baş bu yolda qurban.
Gərək məxlu1 ola mütləq bu sultan”.
O dəmdə birləşib əşrafü əyan,
Bu tədbiri pəsənd etdi vəziran,
Qoşun amadə oldu həmlə etsin,
Qəfildən barigahə doğru getsin.
Tutub zindanə salsın şahi ol dəm.
Vəlakin cümlə tədbir oldu bərhəm.
Şaha sadiq olan bir şəxs dərhal,
– Nə yatmışsan! – demiş – şahım bu münval!
Xəyanət dalğası ətrafı almış.
Gəmidə seyr edənlər keyfə dalmış.
Başının gec deyilkən çarəsin qıl!
Hərə fürsət var ikən olma qafil!
Düşüb təşvişə sultan bu xəbərdən,
Xilas olmaq üçün şərrü xətərdən,
Düşündü çarə tapsın bu məlalə,
Xəbər vermək gərəkdi Gülcəmalə.
Çıxıb ol dəm sarayə doğru getdi.
Otaqlardan birini xəlvət etdi.
Dedi: – Ey bəxtimin parlaq çırağı!
Təlaş etmə, vəlakin al soraği.
Sənin eşqin mənə vermiş səadət,
Toxunsa gər yolunda canə afət!
Qəbulə hazıram, çəkməm nədamət,
Gələn hər bir cəfa mənçün şərafət.
Vəlakin hər tərəfdə qiylü-qaldır.
Bu sevdadan xeyir görmək mahaldır.
Səfərçün çəkməli hər cür sərəncam,
Diyari tərk edib mütləq bu axşam,
Gedək Kirman-zəminə sürət ilə.
Bizi mehman edərlər hörmət ilə,
O mülkün padişahi Dadpərvər,
Kəramətdə, səxavətdə hünərvər,
Olub mehman ona bir xeyli müddət,

__________
1 Taxtdan düşürülə


Dözək hər bir cəfayə, düşsə fürsət,
Edək övdət yenə də bu diyarə,
Budur əlbət bizimçün rahi-çarə,
Var idi çün sarayda gizli bir rah.
O rahın varlığından qeyr əz1 şah,
Nə bir xadim, nə bir nazir, nə sərbaz,
O gizli qapıdan girməz və çıxmaz.
Yəhərləndi iki köhlən səməndər,
Yükü xurcun dolu sim2 ilə həm zər,
Suvar oldu ata ər ilə övrət.
Ravan oldu yola əz rahi xəlvət3.
Kəmali-sürət ilə getdilər hey...
Uzun yollar boyunu etdilər tey,
Aşıb dağdan, keçib bir xeyli səhra,
Nədir qorxu, xətər, heç bilməz əsla.
Ağır yollar əzabından yorulmuş,
Hərarətli günəşdən xəstə olmuş.
Ətəş salmışdı şahi sanki candan,
Yol üzrə bir bulaq oldu nümayan,
– Bulaq başında bir dəm istirahət,
Edəlim, – söylədi sultan nəhayət.


BƏXTİYARIN DOĞULMASI

Qəzara Gülcəmalın vaxtı keçmiş,
Analıq badəsin çoxdandı içmiş,
Ki, vəz’i-həml4 üçün çatmışdı saət,
Çəkib ağrı nəhayət oldu rahət.
Gəlib dünyayə nazəndə bir oğlan.
Nə oğlan? – Sanasan bir mahi-taban.
Günəşdən bac alır hüsnü cəmali,
Gözündən bəllidir əqlü kəmali.

__________
1 Şahdan
2 Gümüş
3 Xəlvət yoldan
4 Doğmaq


Ananın gözlərində mahi-mənzər,
Açılmış qönçeyi-həmrayə bənzər.
Dedi sultan: əzizim eylə tə’cil,
Gedib Kirmanə çatmaq xeyli müşkül,
Qəbul eylə sözüm ey nazlı canan!
Nə qədri müşkül olsa dərdi-hicran,
Dözüb cövrü cəfayə bu məkanda
Uşaği tərk qılmaq; hər zamanda.
Nəhayət fürsəti fot etmə zinhar!
Bu fikrim məsləhətdir, eylə rəftar.
Ana çəkdi ürəkdən ahi-cansuz,
Dedi: – Müşküldür əmrin, həm amansız.
Mən ayrılmam ölərsəm öz balamdan
Nə mümkün ayrıla bir cism candan?
Ayırma canı candan, olma qəddar!
Bu tifl olsun cahanda mənə qəmxar.
Bizi tərk et yolundan qalma şahim!
Ola bəlkə bu səhradə pənahim.
Bu ahü nalədən şah almadı pənd1,
Çalıb tifli anadan seyd-manənd2,
Bələk etmiş ona zərrin qəbasin,
Sarımış körpəyə tirmə əbasin.
Bələk içrə qoyub on dürrü gövhər.
Deyib: “Olsun uşaqla qoy bərabər,
Hər ol şəxsi ki, etdi tiflə xidmət,
Qoy olsun bu cəvahir ona qismət”.
Cəfasi padişahın etdi tuğyan,
Ayırdı Gülcəmali yavrusundan.
Tutub Kirman yolun birahə getdi,
Gəlib on gün sonra məqsudə etdi.
Uzaqdan bir şəhər oldu nümayan,
Soruşdu, söylədilər, adi Kirman.
Edib qasid rəvanə ol diyarə,
Xəbər göndərdi ol dəm şəhriyarə.

__________
1 Nəsihət
2 Ov kimi


Dedi: – Hakim verərsə əmrü fərman,
Gələrdim mən sərayi-şahə mehman.
Xəbər şahə çatınca oldu xoşnud,
Boyurdu hazır olsun cümlə mə’bud,
Gedin də’vət edin Azadbəxti,
Əziz mehmanə keçsin şad vəxti,
Səf-əndərsəf düzüldü əqniyalər,
Rəvan pişvazə oldu pişvalər,
Çalındı təblü küsü nayü şeypur,
Qətari-ləşgər oldu şəhridən dur.
Misilsiz hörmət ilə, izzət ilə,
Saraya doğru gəldi şövkət ilə.
Əziz mehmanə layiq mehribanlıq.
Bəsi1 cansuzluq, həm canfişanlıq,
Qılıb Azadbəxtə şahi-Kirman,
Dedi: – Xoşdur bizə didari-xuban2.
Vrudindən3 mən oldum şadü xürrəm.
Başından sayəyi-həqq olmasın kəm.
Buyurdu qullara ol xubkirdar: –
– Deyin gəlsin sarayə hər nə kim var,
Çalanlar, oynayanlar, nəğməxanlar,
Büsati-badədən qismət alanlar,
Deyin bu məclisə sazandə gəlsin,
Və tanha gəlməsin, nazəndə gəlsin,
Qədəhlər oynasın, saqi qol açsın,
Şərabın ətrini ətrafa saçsın!
Quruldu məclisi-mey, badə gəldi,
Müğənnilər o dəm amadə gəldi.
Ucaldı asimanə şurü şəhnaz,
Sədayi-ud etdi ərşəpərvaz,
Kəmanın tellərindən qopdu nalə,
Dili-uşşaqə1 açdı yolu şəlalə.
Gözəllər rəqisinə meydan verildi.
Nişatü eyş üçün imkan verildi.

__________
1 Çox
2 Gözəllərin görüşü
3 Gəlişindən


Nəzər saldı çü şah ol Azadbəxtə,
Ürəkdən qan axır san ləxtə-ləxtə,
Qəmü-qüssə onu etmiş əhatə.
Nədən biganə qalmış bu büsatə?
Dalıb fikrə xəbərsizdir cahandan,
Olub Kirman şəhi bu halə heyran,
Dedi: – Söylə neçin fikrə dalıbsan?
Bu halinlə bizi şəkkə salıbsan?
Məgər mehmannavazlıqda qüsur var?
Nihan tutma, bizi eylə xəbərdar,
Dedi Azadbəxt: – Ey şahi-vala!
Sizə çox ömür versin Həqq-təala,
Bu eyşü-işrətə biganəyəm mən,
Qəmü dərdə yanan pərvanəyəm mən.
Gedib əldən büsatü ehtişamım,
Duman almış fəzayi-asimanim.
Xəzinəm, dövlətim, izzü cəlalım,
Olub qismət əduyə2 mülkü malım,
Qalınca dəsti-düşməndə mülk bərbad,
Olarmı qəlbi-zarım qəmdən azad?
Şəhi-Kirman ona etdi nəsihət,
Dedi: – Lazım deyil bunca nədamət,
Qəm etmə, mülk üçün olma pərişan!
Olar səbr ilə əlbət müşkül asan,
Gecə getsin, səhər gəlsin arayə,
Gələr əlbət sənə bir kəs harayə?
Qaranlıq pərdəsi göydən qaçarkən,
Günəş nuri səmayə yol açarkən,
Vəzirlər barigahə oldu də’vət,
Şəhi-Kirman bu növü etdi söhbət:
– Belə sadir olur bizdən iradə,
Binayi-cəng üçün atlı, piyadə,
Təmamən hazır olsun pəhləvanlar,
Döyüşdə ad qazanmış qəhrəmanlar,
Hücuma hazır olsun mərdi-meydan,

__________
1 Aşiqlərin ürəyi
2 Düşmən


Bu növi əmr edibdir şahi-Kirman,
Şəhin nitqi haman itmamə yetdi,
Qoşun hazır olub icrayə getdi.
“Gəlib qəl’ə yanında, durdu sultan,
Yığıldı üstünə ləşgər firavan,
Yeridi hər tərəfdən çün ələmlər
Biri birinə çün əl açdı ləşgər,
Vuruşdu qeyrət ilə pəhləvanlar,
Töküldü hər tərəfdən çoxlu qanlar.
Sınıb ordu ələm oldu nikunsar,
Qırıldı ləşgəri düşmən nə kim var”.
Olub Azadbəxtin bəxti hasil,
Sərayü təxtü tacə oldu nayil,
Zəman keçdi, fəramuş oldu hər zad,
Ürəkdən getmədi bir dərdi evlad,
Bulaq başı düşərdi yadə hər gün,
Oğul fikri onu eylərdi qəmgin,
“Onu yaxdi fəraqi-nari-hicran.
Bu dərdə varmı ola heç dərman?
Onu dərd aldı, dərman getdi əldən,
Yanardı cani çün, can getdi əldən”.


ZİYAD HƏRAMININ UŞAĞI
TAPMASI

Bu yerdə mətləbə vermək nəhayət,
Bulaq başına tutmaq istiqamət.
O səhradə var idi yol kəsənlər,
Çapıb karvani həm talan edənlər,
Haman quldurlara Ziyad hərami,
Edərdi başçılıq, bir mərdi-nami,
Şücaətdə, rəşadətdə yeganə,
Onun mislin görə bilməz zəmanə.
Vəli evladdən məhrum bir zat,
Həmişə eylər idi fikri-övlad,
Gəlib çatdıqda ol dəm çün bulağə,
Sataşdı görzləri bikəs1 uşağə.
Düşüb atdan, Hərami etdi diqqət,
Ürəkdə hasil oldu çox məhəbbət,
Alıb ağuşə öpdü gözlərindən,
Məhəbbət yaşı axdı gözlərindən,
Görüncə qollarında dürrü yaqut,
Bu halə qaldı quldur matü məbhut,
Dedi: – Bu tifl oldu mənə övlad,
Ona namü nişan verdim: “Xudadad”.
Şəhə mənsub olan bir qönçadır bu,
Vəli qismət mənə olmuş bu incu,
Gecə-gündüz qılıb hazır qidasın,
Tədarük eylədi nəşvü nümasın,
Yetişdi, oğlan oldu bir cavanmərd,
Bərabər dura bilməz ona heç fərd,
Fəsahət mülkünün sultani bir gənc
Bəlaqət bağının bağbanı bir gənc.
İgidlər içrə qeyrətmənd çoxdu,
Gözəllikdə ona manənd yoxdu,
At oynatmaqda misali pəhləvandı.
Ox atmaqda əvəzsiz qəhrəmandı.
Nəzirsizdi əgər hüsnü cəmali,
Daha qabil onun əqlü kəmali.
Cinayətdən uzaq bir gənci-rə’na,
Xəyanət fikrinə düşməzdi əsla.
Gülüstani-ədəbdən bac alardi,
Görənlər ağlına heyran qalardı.
Yaşar quldurlar içrə o, bü münval,
Və lakin qarətə olmazdı xoşhal.
“Nikuxislət, təməhsiz, əhli insaf,
Başına and içərdi cümlə əşraf”.
Fəqirə rəhm edərdi, tapsa fürsət,
Əsirə əl tutardı, vəxt-bivəxt,
Xəbər çatdı Ziyadə bir gün axşam,
“Yol üzrə karivan var, yatma aram.

__________
1 Adamsız, yiyəsiz


Gəlir şəhri Hələbdən Hində mayil,
Yükündə əbrşim, zərbəf, həmayil,
Tilavü nüqrənin yoxdur hesabi.
Qənimət bil dəmi, eylə şitabi”.
Həramilər olub hazır o həngam,
Ziyad həmlə üçün verdi sərəncam,
Hücumə keçdilər, sağdan və soldan,
Çapıb karvani etmək qarət əl’an.
Vəlakin olmadı mətləb müyəssər,
Hücumla əhli kərvan cümlə yeksər,
Durub qarşı, silah ilə, daş ilə,
Vuruşdular hamısı, can-baş ilə.
Həramilərçün səadət olmadı yar.
Olub məğlub döyüşdə çar-naçar.
Dəyib zərbə Ziyadə, aldı yarə,
Günəş nuri gözündə oldu qarə.
Durub bir guşədə əvvəl Xudadad,
Tamaşa eyləyirdi, sanki bir yad.
Görüncə ol Ziyadi qan içində,
Bulanmış qanına, qəltan içində.
Olub bu qissədən ol müztərib hal,
Əl atdı xəncərə çün Rüstəmi-Zal,
Onun bu həmlədən yox özgə dərdi.
Atasını xilas etmək dilərdi.
Vəlakin güclü düşmən oldu üstün,
Həramilərçün səadət oldu küsgün.
Olub məğlub bütün quldur, qaçaqlar,
Rəisi-karvan, düz etdi rəftar,
Sıra ilə düzüb onları bir-bir,
Təmamən qollarına vurdu zəncir.
– Hüzuri şahə olmaq indi azim,
Cəza vermək sizə əlbəttə lazim.
Gəlib çatsın əsirlər paytəxtə.
Xəbər getsin qoy ol Azadbəxtə,
Həramilər təmamən dəstəsiylə,
Şaha tabedir öz sərkərdəsiylə,
Əmirin hökmü əlbət olsa sadir,
Bizik sözsüz onu icrayə hazir!


BƏXTİYARIN SARAYA QƏBUL
EDİLMƏSİ

Vücudi şahin oldu qəmdən azad,
Buyurdu hazır olsun əmrə cəllad,
Həramilər keçirdi şah önündən,
Xudadadə nəzər saldı o, birdən,
Vücudi titrədi şahin həmana,
Baxınca diqqət ilə ol cavana,
Keçən günlər haman dəm yadə düşdü,
Atıb tərk etdiyi övlada düşdü.
– Nədir ismin?, –
– dedi oğlan, – Xudadad!
– Atan kimdir?
– Hərami, ismi Ziyad!
Dedi söylə: – Nəsən, kimsən, bəyan et?
Bizə öz halü əhvalın əyan et!
Bu hüsnü mə’rifət kim sənin var,
Yararmı ola yarım ol qadaqlar?
Gəlib nitqə Xudadad etdi izah,
Dedi: – Sultan, sən ol halımdan agah,
Olubsa məskənim quldur məkani,
Əlimdən görməmiş kimsə ziyani.
Xəyanət qəsdinə mən açmadım yol,
Və qətlü qarətə qaldırmadım qol.
Həmişə elim üçün etdim iradət,
Əlimdən etmədi kimsə şikayət,
Oğulluq borcumu icra edəndə,
Bu də’vadə gəlib düşdüm kəməndə.
Şəhə xoş gəldi bu sözlər təmami,
Nida qıldı: – Sən ey Ziyad Hərami!
Bu qətlü qarəti tərk etmiş olsan,
Həqiqət rahinə gər getmiş olsan,
Günahından keçər, verrəm əmani,
Əlindən görməsin kimsə ziyani.
Həramilər duaya açdılar dil.
Dedilər: – Qibləgaha, yaşa yüz il,
Bu gün kim, sən bizə qıldın məhəbbət,
Məhəbbət badəsi sevməz xəyanət,
Həyatın qədrini qəlbən qılıb dərk,
Bu gündən qarəti biz eylədik tərk.
Dedi sultan: – Varımdır bir sözüm də,
Xudadad olmalı daim gözümdə,
Saray içrə qalıb da misli-xadim,
Edə xidmət bizə sidq ilə daim.
Çağırdı şah hüzurə ol cavani,
Bu növ ilə qalıb hali-bəyani.
Dedi sultan: – Bu oğlan bəxtiyardır,
İradəmlə adı da Bəxtiyardır.
Əta qıldım hərami dəstəsinə,
Həyatü mərhəmətlər cümləsinə.
Şəhin əmriylə icra oldu işlər,
Vəzifə Bəxtiyarə oldu mehtər,
Sədaqətlə edib xidmət sərayə,
Və dövlət atlarını aldı sayə,
Edib hər bir ata ayrıca diqqət,
Təvilə içrə çox sərf eylədi vəxt,
Edib hər bir ata ol pasibanlıq,
Çəmənzar içrə eylərdi çobanlıq.
Nə yaxşı, bir səhər, sultan nəhayət,
Gəlib atlara baxdı, etdi diqqət,
Olub xoşnud işindən Bəxtiyarın,
Saray içrə ucaltdı ixtiyarın.
– Sənə layiq deyildir mehtər olmaq,
Xəzinə ixtiyarın ələ almaq.
Əmanətdar olarsan dövlətə sən.
Çatarsan şübhəsiz ki, izzətə sən.
Görüb ən’ami-fəxri-şəhriyari,
Rizayi-qəlb aldi Bəxtiyari.
– Təşəkkür eylərəm şahə! – dedi o.
Ki, haqqımda olurmuş bunca qayqu,
Nə qədri var canımda can, həmişə,
Duayi-xeyri-dövlət mənə pişə,
Görüb şah onda fikrü əqlü kirdar,
Tamam dövlət işindən verdi ixbar,
Olub şahin sarayda həmnişini,
Qılardı yad xidmət vərdişini.
Keçərdi ruzigari xoş, sərəfraz,
Yayıldı ölkəyə haqqında avaz.
Ağıllı tədbir ilə Bəxtiyarın,
Günü xoş keçər idi ol diyarın.
Deyildi hər tərəfdə namü-kari1,
Günü-gündən çoxaldı ixtiyari.


XAİN VƏZİRLƏRİN PAXILLIĞI

Var idi padşahın on vəziri,
Vəzirlik məsnədinin mərdi-piri.
Həsəd elmində alim, qəlbi pürkin
Xəyalında qərəz, əxlaqi çirkin,
Həmişə fikri qeybət, kari bidad,
Əlindən dadə gəlmiş cümlə əfrad.
Görüncə şah önündə Bəxtiyari,
Ki, almışdır ələ hər ixtiyari,
Yığıldı cümləsi bir vəxti-axşam,
Verilsin bir xəyanətçün sərəncam.
Salıb şahın gözündən ol cavani,
Kənar etmək saraydan tez zəmani.
Olub bu fitnədə hamısı əlbir,
Haman dəm tökdülər bir gizli tədbir.
Keçər günlər, keçərdi yaxşı dəmlər,
Nədir qüssə, o bilməz dərdi qəmlər,
Sarayda xoş həyata dalmiş idi.
Bir axşam barigahda qalmiş idi.
Hamı getmiş, sarayda yoxdu bir kəs.
Olub heyran bu halə neyləsin bəs?
Alıb badə, içib mey, oldu sərxoş,
Apardı xabi-qəflət, oldu bihuş.
Ayıldı bir zaman ki, vəxt keçmiş,

__________
1 Adı və işi


Tamam dərlər qapali, hamı getmiş,
Saraydan tapmamışdı çıxmağa yol,
Nə etsin, neyləsin ki, bilmədi ol.
Otaqlardan keçib digər otağa,
Təsadüf eylədi bir şəbçirağa.
Salınmış bir tərəfdə zərli yorğan,
Görüncə rəxtixabi sərxoş oğlan.
Uyub tə’siri xumari-şərabə.
Uzandı rəxtixabə, getdi xabə.
Qayıtdı nisfişəbdə1, şah sarayə.
Təsadüf eylədi bu macərayə
Qalıb heyrətdə birdən, qıldı fəryad.
Səsinə səs verib toplandı əfrad.
Qəzəblə söylədi şah Bəxtiyarə:
– Ayıl bir xabidən ey bəxti qarə!
Nə məqsədlə edib bu əmrə iqdam,
Mənə məxsus yerdə qıldın aram?
Yəqin vardır bu işdə bir xəyanət,
Ki, vermişdir sənə bunca cəsarət!
Edib zəncirə məhkum ol cavani.
Hərəmxanə tərəf oldu rəvani.
Edib bidar yatmış Gülcəmali.
Onunla başladı sorğu-sualı:
– Yatağa yol tabıbsa gər bu miskin,
Bələdçi olmasa gəlmək nə mümkün?
Bu məxfi fitnədən mən bədgümanəm.
Hərəm əhlinə gəlir çün gümanım.
Sənin könlündən almışsa rizani,
Həqiqət söylə, işlətmə yalani.
Bu töhmətdən olub pəjmürdə xatun,
Nə vəchilə inandırsın səbatın.
Dedi: – Ey qibləgahim, padşahim!
Mənim əsla yoxumdur heç günahim!
Qəsəm yad eylərəm, şahın önündə,
Xəyanətdən nümunə yox sözümdə!..

__________
1 Yarı gecə


Kəlami etmədi sultanə tə’sir.
Buyurdu boynuna salsınlar zəncir.
Zəmani ki, açıldı sübhi-sadiq,
Olunca qeydi-şəbdən şah fariq,
Çıxıb təxtdə oturdu, xeyli qəmgin,
Ürəkdə dərdü-qüssə, üzdə təmkin,
İşarə qıldı gəlsin cümlə ə’yan,
Hüzurə daxil olsun, ol vəziran.
Əda oldu çü rə’yi padşahın,
Açıldı qapıları ol barigahın,
Hamı gəldi səf-əndərsəf dayandı,
Şəhin qəlbi qızıl qana boyandı.
Nida qıldı, dedi: – Mən Azadbəxtin,
Olub rüsva nəzərdə tacü təxti.
Xəzinə maliki, ol bidəyanət,
Vəliyyü-ne’mətə etmiş xəyanət,
Vəzirlər hey’ətini qıldı agah,
Təmamən sərgüzəşti etdi izah.


BİRİNCİ VƏZİRİN FİTNƏSİ

Vəziri-əvvəl ol dəm, tapdı fürsət,
Ki, vursun Bəxtiyarə bəlkə zərbət,
Dil açdı töhmətə, böhtanə dərhal.
Bəyanə gəldi ol, xain bu minval.
Dedi: – Şahim, bu şəxsi mən görən tək
Sizə sadiq olarmı? – Eylədim şək.
Alan nəşvü-nüma quldur-qaçaqdan,
O kim ayrılmadı xəncər-bıçaqdan,
Əgər şüğli olubsa gündə qarət,
Nə mümkündür ola əhli-dəyanət?
Verin bir hökm qoy çəksin cəfasın.
Fəsad əhli gərək alsın cəzasın.
“Dedi neçə təərrüz gunə1 sözlər”.

__________
1 Etirazlı sözlər


“Ki, sultan bağrına yapışdı közlər”.
“Acıqlandı o dəm hökm etdi sultan”
“Gətirdilər onu iftianü xizan”.
“Dedi: ey Bəxtiyari-bəxti qarə!”
“Gərək qılam səni mən parə-parə!”
“Necə edim səni zindanda məhbus”,
“Mənimçün qalmayıbdır nəngü namus!
Dedi pəs Bəxtiyar: – Ey Bəxtazad!
Həmişə olasan sən xürrəmü şad!
Gər öldürsən məni sən ey şahi-dövran,
Olarsan qorxuram axir pəşiman.
Nə çün kim, ey mənim izzətli şahim,
Bu işdə zərrəcə yoxdur günahım.
Əgər mən gəlmişəmsə barigahə,
Şərab olmuş səbəb mən bigünahə,
Xəyanət qəsdinə mən açmadım əl,
Ki, aqil öz başına açmaz əngəl.
Sarayda tapmış idim mən səadət.
Səadətçün nə mümkündür xəyanət?
Budur axır sözüm sən padşahə,
Məni bədbəxt edib, batma günahə.
Vəzir etdi xitab: ey şahi-vala!
Fəsadın sözlərinə vermə mə’na,
Bu bir fitnə ki, misli yox cahanda.
Nə lazımdır qala əmnü amanda.
Onu ifşa üçün kafidir ancaq,
Hərəmdə Gülcəmaldan sorğu sormaq,
Əgər layiq görülsəm e’timadə,
Daha şübhə yeri qalmaz fəsadə.
Təmam ovzai billəm şübhəsiz mən,
Yəqin ən’am olar müzdüm də sizdən!
Vəzirə izn verdi şahi-ali,
Gedib görsün hərəmdə Gülcəmali.


VƏZİRİN GÜLCƏMALLA SÖHBƏTİ

– Qızım, söylə nədir bu macəralər?
Sənin haqqında bəlkə iftiralər?
Çəkinmə, doğrusun söylə, özün sən,
Bu çirkin macəranın lap düzün sən.
Qəbul eylə nəsihət, eylə bavər1,
Mən ollam dar günündə yarü yavər.
Səni şahın gözündə eyləmək pak,
Bu pirin borcudur, gəl olma şəkkak.
Bəyanə gəldi ol dəm pak tinət,
Dedi: – Lazım deyildir bunca minnət,
Fəsadü fitnəyə biganəyəm mən.
Günahsız məhv olan pərvanəyəm mən!
Əlimdən çıxmamış heç bir cinayət,
Dilimdən görməmiş kimsə xəyanət,
Əgər sultan düşübdür bədgümanə,
Gələr bir gün sözün söylər zəmanə.
Dedi: – Bunlar təmam əfsanə sözlər,
Nicatə yox güman, biganə sözlər.
Əgər istər isən tapmaq nicati,
Xilas etmək xətərdən sən həyati,
Qəbul eylə sözüm, olma inadkar,
Səlahi-məsləhətdir, böylə rəftar.
Xəbər göndər ki, sultan də’vət etsin,
Səninlə bir otaqda söhbət etsin.
Ona söylə ki: “Məndə yoxdu təqsir,
Xəyanət baş veribsə, sən müqəssir.
Saraya də’vət etdin Bəxtiyari,
Ələ aldı o da külli ixtiyari.
Görüb azad özün o, canə gəldi.
Səfayi-nəş’əsi tuğyanə gəldi.
Mənə eşqi-məhəbbətdən danışdı.
Vüsalimçün oda yandı, alışdı,
Mənə e’lani-eşq etdi bu oğlan,

________
1 İnanmaq


Ki, istərdi ola təxtində sultan.
Səni qətlə cəsarət etmiş idi,
Bu qəsd ilə sərayə getmiş idi”.
Vəzirin sözlərindən Gülcəmalın,
Vücudi titrədi, ol xoş xisalın,
Dedi: – Bunlar təmamən iftiradır,
Günahsız bir əsirə nə rəvadır?
Dedi: – Bunca inadə olma mail,
Olarsan Bəxtiyarla sən də zayil.
İnadə uyma sən, gəl olma bədnam,
Nə lazım məhv ola sən tək güləndam.
Nəhayət oldu nail məqsədə ol,
Tapıb o Gülcəmalın qəlbinə yol,
Nə kim, öyrətmiş idi ol sitəmkar,
Gəlib xatun hüzurə etdi ixtar.
“Vəzir dedi ki: – Ey sultani-kamil!”
“Onun qətlində əsla olma qafil!”
“Həqiqət sənə zahir oldu əhval”,
“Nədir qılmaq dəxi təsdiq ehmal?”
“Ona layiq yetişsin qoy cəzayə”
“Ki, ibrət ola hər bir nasəzayə”.
Şərarət eylədi sultanə tə’sir,
Dedi: – Görmək gərək bu yolda tədbir,
Salın zindanə, yatsın qoy son axşam.
Sabah qətli üçün verrəm sərəncam.
Və sultan əmrini edincə itmam,
Günəş batdi və oldu vəxti-axşam.
Onu apardılar zindanə ol dəm,
Yenə bağladılar zəncirə möhkəm.

davamı
XS
SM
MD
LG