Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:34

İyunun 2-dən Gəncə-Bakı qatarı ləğv edildi


Artıq gəncəli sərnişinlər Ağstafa-Bakı və Böyükkəsik-Qazax-Bakı qatarından istifadə edəcəklər.

Bu barədə Gəncə Dəmiryol vağzalının rəis əvəzi Vidadi Babayev məlumat verib. Onun bildirdiyinə görə, bu tədbirlər sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artıracaq.

«İndiyədək 6 vaqonlu Gəncə-Bakı qatarı hərəkət edirdi. Hazırda bu ləğv edildi və vaqonlar Ağstafa-Bakı sürət qatarına qoşulub. Yəni bu istiqamət üzrə vaqonların sayı 14-ə çatdırılıb. Bundan başqa Böyükkəsik-Qazax-Bakı qatarına isə əlavə 5 vaqon artırılıb, onların sayı 22-yə çatdırılıb».

V.Babayevin bildirdiyinə görə, əvvəllər gün ərzində 250 sərnişinə bilet satılırdısa, indi təxminən 350 sərnişin dəmiryol vağzalının xidmətindən istifadə edəcək. Yay aylarında ehtiyac olarsa, qatarlara əlavə 4-5 vaqon da qoşula bilər.
XS
SM
MD
LG