Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

Müsəlman ölkələri Obamanın müraciətini alqışlayır


Obama ABŞ-la İslam dünyası arasında münasibətlərdə yeni mərhələnin başlanmasına çağırıb
Obama ABŞ-la İslam dünyası arasında münasibətlərdə yeni mərhələnin başlanmasına çağırıb
İyunun 4-də Qahirədə olarkən Barak Obama ABŞ-la İslam dünyası arasında münasibətlərdə yeni mərhələnin başlanmasına çağırıb.

Misirin Qahirə Universitetində çıxış edən prezident Obama deyib ki, ekstremizm Qərb və müsəlmanlar arasında gərginliyin yaranmasına xidmət edib. Obama şübhə və fikir ayrılıqlarının bitməli olduğunu deyib.

İsrail-Fələstin münaqişəsinə toxunan Obama bir daha təkrarlayıb ki, ABŞ iki dövlət ideyasını dəstəkləyir. O deyib ki, fələstinlilər gərək zorakılıqdan əl çəksin, İsrail isə Fələstin torpaqlarında yəhudilər üçün yeni qəsəbələr salmağı dayandırsın.

İran məsələsinə gəlincə - Tehranın sülh məqsədli nüvə enerjisi almaq haqqını tanıdığını, ancaq Yaxın Şərqdə nüvə yarışını istəmədiklərini deyib.

Bir çox islam ölkəsi lideri Obamanın müsəlman dünyasına müraciətini alqışlayıb.

Əfqanıstan, İraq, Türkiyə, Fələstin muxtariyyəti, Ərəb Liqası dövlətləri B.Obamanın çıxışını müsbət qiymətləndiriblər.

Bununla belə Fələstin muxtariyyətinin nümayəndəsi B. Obamanın müraciətinin yalnız sözdə qalmasını deyil, hərəkətə çevrilməsinə çağırıb.
XS
SM
MD
LG