Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:33

İspaniya mətbuatı qarşılaşma haqda nə yazır?


Azərbaycan-İspaniya oyunu, 9 iyun 2009
Azərbaycan-İspaniya oyunu, 9 iyun 2009
Vilyanın xet-triki.

32-ci məğlubiyyətsiz oyun.

Gəzə-gəzə, qaçmadan, asan qələbə.

Fabreqasın mənasız oyunda özünü zədələməsi.

Azərbaycanlı oyunçuların Avropa çempionları ilə şəkil çəkdirməsi.

Konfederasiya Kubokuna hazırlaşmaq üçün bu komandanı kim seçib?

İspaniya mətbuatı futbol yığmalarının Azərbaycan üzərindəki 6-0 hesabıyla qələbəsi haqda oyundan bunları yazır.

«El-Pais»

Sual verir ki, Konfederasiyalar Kubokundan əvvəl İspaniyadan 4400 kilometr məsafəyə uçub, sonra da Cənubi Afrikaya getmək üçün 7700 kilometr yol qət etməyə dəyərdimi? Azərbaycanın nəyi Konfederasiyalar Kubokunda İspaniya ilə eyni qrupda mübarizə aparacaq İraq, Yeni Zelandiya və Cənubi Afrika komandalarına bənzəyirdi?

Bəlkə də oyunun əvvəlində azərbaycanlı futbolçuların ispanlarla şəkil çəkdirmək istəməsi?..

Oyuna gəlincə, «El-Pais» yazır ki, İspaniya oynadı, Azərbaycan yığması isə seyr etdi.

Visente del Boske barselonalı futbolçulara istirahət verdi və meydana çıxan heyət də özünü çox da yormadan rəqibi bütün komponentlərdə əzib-keçdi.

Valensiyanın hücumçusu millidə vurduğu qolların sayını 28-ə çatdırdı. 44 qolu olan Raul və 29 qolu olan Moryentesdən sonra İspaniya yığmasının ən qolçu 3-cü oyunçusu oldu.

«As»

Uşaqlar əsl şou göstərdi. Rəqibin kimliyindən asılı olmayaraq, öz meydanında oynayan komandaya 6 qol vurmağa başqa ad vermək olmaz.

Azərbaycana «sağ ol» deməyinə dəyər. Mövsümün sonunda yorulan oyunçulara Konfederasiyalar Kubokundan əvvəl əhvali-ruhiyyələrini yüksəltmək üçün gözəl futbol festivalı və «əla məşqdəki kimi oyun» təşkil etmişdilər.

«El Mundo Deportivo»

«Bu oyunda 3 qol vurdum, özü də qısa bir vaxt ərzində, bu də məni çox xoşbəxt etdi. Amma əsas bugünkü yox, Konfederasiyalar Kubokunda vurcağım qollardır…»

Azərbaycan-İspaniya oyununda bir hissəyə 3 qol vuran David Vilya «El Mundo Deportivo» qəzetinə belə deyib.

Qəzet elə oyun haqda Vilyadan yazıb, bir də qol vuran digər oyunçular barədə, qısaca...

«MARCA»

Qəzet Azərbaycan-İspaniya oyunu haqda yazısını bu başlıqla verib: «Gəzə-gəzə məşq».

Avropa çempionları Konfederasiyalar Kubokuna Bakıda gəzə-gəzə hazılaşdılar. Özü də yarım düjün (1 düjün - 12) qol atmaqla.

Azərbaycan yığması öz meydanında olsa da, oyunçuların canında qorxu var idi. İspanlar isə belə zəif rəqib qarşısında da ciddiliklərini qorumuşdular.

Vilyanın iki qolu, ardından Fabreqasın penalti epizodunda qanlar içində yerdə qalması və 3-0. Birinci hissənin nəticəsi. İkinci hissə isə daha rahat keçdi: 6-0.

İspaniya indiki məşqçisiylə də əvvəlki məşqçisinin şüarına sadiq qaldı: «Qələbə, qələbə, ancaq qələbə».

Başqa İspaniya qəzetlərinin yazdıqları da demək olar ki, oxşar yazılardır. Ümumiləşdirəndə demək olar ki, Azərbaycanla oyunun nəticəsini belə verirlər: Visenti del Boske bu günə kimi millinin başında olan ən yaxşı məşqçi, Vilya isə ən yaxşı hücumçu olmağa doğru əminliklə irəliləyir.

Azərbaycan yığmasından yadda qalan oyunçular isə Kasilyası bir dəfə ciddi narahat edən Daniel Axtyamov və oyuna yaxşı başlasa da, 6 qol yeməkdən qurtulmayan azərbaycanlı qapıçı Fərhad Vəliyev olub.
XS
SM
MD
LG