Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:34

İrandakı seçkilər nəyi dəyişəcək?


Tehranda səsvermə, 12 iyun 2009
Tehranda səsvermə, 12 iyun 2009
İran İslam Respublikasında keçirilən prezident seçkiləri Azərbaycanın siyasi dairələrində xeyli vaxtdır ki, müzakirə olunmaqdadır. Xüsusilə indiki dönəmdə – yəni Tehrandan Azərbaycanın ünvanına İsrail prezidentinin Bakıya gözlənən səfərilə bağlı bəyanatlar səsləndiyi bir vaxtda bu seçkilərin iki ölkə münasibətlərinə necə təsir edəcəyi üzərində daha çox düşünülür.

SEÇKİLƏR MÜNASİBƏTLƏRƏ NECƏ TƏSİR GÖSTƏRƏCƏK?

Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, deputat Pənah Hüseyn hesab edir ki, İranda prezident kim olursa olsun, onun öz ölkəsinin siyasətində kardinal şəkildə dəyişiklik etməsi mümkünsüzdür. Əvvəlki prezident seçkilərindən sonra tutulan siyasi xətt də bunu təsdiqləyir:

(yazı videonun altında davam edir)
Iranlılar prezident seçir
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00
Direct-ə keçid


«Əlbəttə ki, hər bir şəxs öz səlahiyyətləri çərçivəsində müəyyən addımlar ata bilər.

Məncə İran-Azərbaycan münasibətlərində, o cümlədən də İran-Ermənistan və İran-Rusiya münasibətlərində indiki status-kvo daxilində ciddi bir dəyişiklik gözlənmir».

Pənah Hüseynə görə, əgər Qərblə, ABŞ-la İran arasındakı münasibətlərdə ciddi bir dəyişiklik olarsa, təbii ki, özünü həm də İranın Azərbaycana münasibətində göstərə bilər.

Hazırda İranla Azərbaycan arasında yaşanan rəsmi deyişməyə gəlincə deputat bildirir ki, bu cür münasibət iki ölkə arasında ilk dəfə deyil. Tehran ötən əsrin sonlarında Bakı Qərb ölkələri ilə neft müqavilələri bağlayanda da, ondan sonrakı dönəmlərdə də dəfələrlə Azərbaycana qarşı sərt mövqe nümayiş etdirib. Özü də bu məqam təkcə bəyanatlar şəklində yox, həm də ölkə ərazisinə müdaxilə formasında da müşahidə olunub.

«BİZ ƏMƏKDAŞLIQ ETMƏLİYİK»

YAP icra katibinin müavini, parlamentin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü deputat Mübariz Qurbanlı isə deyir ki, İranla Azərbaycanın münasibətində soyuqluq yoxdur. Son günlər İrandan səslənən bəzi bəyanatlar da ki, Tehranın rəsmi mövqeyini əks etdirmir. Bu ölkənin siyasi xəttini İsrail prezidentinin Azərbaycana səfərə gəlməsinə reaksiya verənlər yox, XİN və prezident aparır. Hər halda qonşu ölkədə seçiləcək prezidentin bundan sonra münasibətləri pisləşdirəcəyi də inandırıcı deyil:

«Mən inanmıram ki, İran-Azərbaycan münasibətlərinə kimsə mənfi təsir göstərə bilər. Bu iki ölkə əməkdaşlığa məhkumdur. Və əməkdaşlıq etməliyik».

İranın yeni seçilən prezidentinin Azərbaycanla münasibətlərə özbaşına heç bir təsir edə bilməyəcəyini düşünənlərin bəziləri deyir ki, bu ölkədə prezident dövlətin rəhbəri hesab olunmur. O yalnız icra hakimiyyətinə rəhbərlik edir. Əsas konseptual məsələlər-yəni hərbi, siyasi, həmçinin xarici siyasətlə bağlı məsələlər isə ölkənin dini rəhbəri başda olmaqla kollegial şəkildə bu sahələrə aid orqanlar tərəfindən müəyyənləşdirilib həyata keçirilir.

«DÜNYA TƏKCƏ İRANDAN VƏ AZƏRBAYCANDAN İBARƏT DEYİL»

Azərbaycanın İran İslam Respublikasında keçmiş səfiri deputat Nəsib Nəsibli isə hesab edir ki, bu prezident seçkilərinin nəticəsinin iki ölkə münasibətlərinə təsiri mümkündür. Seçkilərdən sonra İranın Azərbaycana münasibətində yumşalma da baş verə bilər, bunun əksi də müşahidə olunar:

«Seçkilərdən sonra indiki siyasəti bir az yumşaq həyata keçirilə bilər. Və yaxud da bir az daha sərtləşə bilər. Əlbəttə ki, buna müxtəlif amillər təsir edəcək. Dünya təkcə İrandan və Azərbaycandan ibarət deyil. Və bunlar hadisələrə çox fəal şəkildə təsir edir».

Nəsib Nəsibli deyir ki, İranın bugünkü siyasəti bir şəxsin yürütdüyü siyasət deyil. Böyük bir sistemin hazırladığı siyasətdir. Konkret məsələləri isə prezidentin baxışları yox, həmin sistemin necə düşünməsi həll edir.
XS
SM
MD
LG