Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:48

Türk silahlı qüvvələrinin hökuməti devirmək planı?


Ərdoğan sənədin saxta olmaması halında Türk Silahlı Qüvvələrinin baş qərargahını məhkəməyə verəcəklərini açıqlayıb
Ərdoğan sənədin saxta olmaması halında Türk Silahlı Qüvvələrinin baş qərargahını məhkəməyə verəcəklərini açıqlayıb
Baş qərargahdan verilən açıqlamaya görə «AKP hökumətini devirmək və Fətullah Gülən icmasını nüfuzdan salmağı» nəzərdə tutan sənəd Türk Silahlı Qüvvələrində hazırlanmayıb. Baş Qərargah 12 iyunda «Tərəf» qəzetində çap edilən bu sənədin saxta olub-olmadığını araşdırmaq üçün hərbi prokurorluğun ibtidai istintaqa başladığını açıqlayıb.

Açıqlamada, tələb edilməsinə baxmayaraq «Tərəf» qəzetinin indiyə qədər 12 iyunda manşetdə verdiyi sənədi onlara göndərmədiyi bildirilib.

«Tərəf» qəzetinin 12 iyun tarixli sayında «Ergenekon» əməliyyatı çərçivəsində həbs
edilmiş istefada olan bir polkovnikin vəkilinin ofisində «AKP hökumətini devirmək və hökuməti dəstəkləyən Fətullah Gülən icmasını nüfuzdan salmaq üçün» Baş qərargahda hazırlandığı iddia edilən plan çap edilib.

Buna sərt reaksiya göstərən baş nazir Ərdoğan sənədin saxta olmaması halında Türk Silahlı Qüvvələrinin baş qərargahını məhkəməyə verəcəklərini açıqlayıb. Media və QHT-lər də qəzetdə çap edilən bu sənədə qarşı çıxaraq məsələnin dərindən araşdırılmasını istəyib.
XS
SM
MD
LG