Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:28

İranda etiraz nümayişində ölənlərin sayı 7 nəfərə çatdı


Tehranda etiraz aksiyası, 15 iyun 2009
Tehranda etiraz aksiyası, 15 iyun 2009
Tehranda prezidentliyə namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubinin 100 minlərlə tərəfdarı 12 iyun prezident seçkisinin nəticəsinə etiraz olaraq icazəsiz mitinq keçiriblər. Tehrandan verilən xəbərlərə görə, şəhərin şimal hissələrindən atəş səsləri eşidilib.

Verilən məlumata görə, nümayişçilər və təhlükəsizlik qüvvələri arasında olan toqquşmada 7 müxalifət tərəfdarı ölüb. Çoxlu sayda adam yaralanıb.

Polisin etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz qumbaralarından və dəyənəklərdən istifadə elədiyi bildirilir.
İranın Daxili İşlər nazirliyi bu aksiyanın qanunsuz olduğunu və dağıdılacağını bəyan eləmişdi.
Silahlı şəxs Tehranda aksiya iştirakçılarına atəş açır. 15 iyun 2009


Aksiyalarda İslahatçıların əsas namizədi Mirhüseyn Musəvi seçkidən sonra ilk dəfə camaatın qarşısına çıxıb, seçkinin rəsmi nəticələri ilə razılaşmadığını və təkrar seçkidə iştiraka hazır olduğunu bildirib.

Aksiyada islahatçıların digər namizədi - Mehdi Kərrubi və tərəfdarları da iştirak eləyib.

ABŞ prezidenti Barak Obama İranda baş verənlə bağlı narahat olduğunu bildirib.

HADİSƏLƏRİN ŞAHİDİSƏN? BİZİMLƏ ƏLAQƏ SAXLA
XS
SM
MD
LG