Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:37

QHT-lərlə bağlı qanun layihəsinin müzakirəsi təxirə salınsın


ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel
ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorel
«Mənim Ofisim 19 iyun 2009-cu il tarixində «Qeyri-hökumət təşkilatları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklərin qəbul edilməsi ehtimalından narahatlığını ifadə edir. Bildirir ki, bu, ölkədə QHT-lərin fəaliyyətinə mənfi təsir edə və bununla da insanların birləşmə, fikri ifadə etmək azadlıqlarını məhdudlaşdıra bilər».

ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Bilge Cankorelin iyunun 17-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, ATƏT-in Bakı Ofisi hazırkı mərhələdə adı çəkilən qanun layihəsinin parlamentdə müzakirəsinin təxirə salınmasını məqsədəuyğun sayır. Çünki, təklif olunmuş əlavə və dəyişikliklər ATƏT-in öhdəlikləri və müvafiq beynəlxalq standartlara ziddir:

«Bundan əlavə, qeyd olunan qanunvericiliyin təsiri altına düşə biləcək tərəflərlə ictimai müzakirələrin keçirilməsi və müvafiq beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılmasının məqsədəuyğunluğuna inanırıq».

Bəyanatda deyilir ki, əlavə və dəyişikliklərin ATƏT-in öhdəlikləri və müvafiq beynəlxalq standartlara cavab verməsini təmin etmək üçün, ehtiyac olarsa, təşkilat öz köməyini göstərməyə hazırdır.
XS
SM
MD
LG