Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:35

Baş nazir xalqdan üzr istəməyə çağırılır


Ərdoğan İstanbulda tərəfdarları qarşısında, 30 yanvar 2009
Ərdoğan İstanbulda tərəfdarları qarşısında, 30 yanvar 2009
Türkiyənin ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının lideri Deniz Baykal ictimaiyyəti iki həftədən bəri məşğul edən «dövlət çevrilişi sənədi»nin Hərbi Prokurorluq tərəfindən saxta elan edilməsindən sonra baş nazir Ərdoğanı xalqdan üzr istəməyə çağırıb. Lideri olduğu partiyanın baş qərargahında mediaya açıqlama verən D.Baykal deyib:

«Təəssüf ki, baş nazir partiyasının konfranslarında əsib-gurlayarkən, bu iddianı bir «sənəd» kimi qəbul edib. Müxalifətə qulaqasma ehtiyacı hiss etsəydi, bu «sənəd»də demokratiyanın, hüquq dövlətinin inkar edilmək istənildiyini, milli iradəyə meydan oxunduğunu açıq şəkildə görərdi. İndi bizdən kömək istəyir. Hörmətli baş nazir bu böhranda bizdən kömək istəmə məsələsində gecikib. Gəldiyimiz nöqtədə, təəssüf ki, bir qurama meydana çıxıb. Baş nazir bu kağızı ciddi qəbul edib. Bu kağızı «sənəd» kimi qəbul edərək prokurorluğa şikayət edib. Bu mənzərə qarşısında baş nazir cəmiyyətdən üzr istəməli, səhv iş gördüyünü qəbul etməlidir».

«Tərəf» qəzetinin 12 iyin tarixli nömrəsində polkovnik Dursun Çiçek imzası ilə «AKP hökumətini devirmə və Gülən icmasını gözdən salma» adlı «sənəd» çap edilib. Bundan sonra Baş qərargahın təhqiqatını gözləməyən AKP ordudan prokurorluğa şikayət verib. İctimaiyyəti iki həftə məşğul edən bu sənədlə bağlı 24 iyunda açıqlama verən Hərbi Prokurorluq Baş qərargahda belə bir sənədin hazırlanmadığını bəyan edərək məsələ ilə bağlı polkovnik Dursun Çiçekin istintaqa cəlb edilməsinə ehtiyac görməyib. «Sənəd»lə bağlı İstanbul Prokurorluğu təhqiqat aparır.
XS
SM
MD
LG