Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

«Ən böyük internet senzurası yüksək qiymətdir»


Qazaxıstanın parlamentariləri internet məkanını, xüsusən də bloqları KİV-lərlə bərabərləşdirdi.
Qazaxıstanın parlamentariləri internet məkanını, xüsusən də bloqları KİV-lərlə bərabərləşdirdi.
Qazaxıstanın parlamentariləri internet məkanını, xüsusən də bloqları KİV-lərlə bərabərləşdirdi. Buraya həm də KİV-lərin məsuliyyəti də daxildir. Bəs Qazaxıstan təcrübəsi Azərbaycanda təkrarlana bilərmi?

«Azadlıq» Radiosunun «İşdən Sonra» proqramının qonaqları «Transitions Online» təşkilatının Qafqaz üzrə əlaqələndiricisi Emin Hüseynzadə və İngiltərənin «Frontline» klubunun Azərbaycandakı bloqçusu Əli Novruzov bu məsələni müzakirə ediblər.

-Azərbaycanda bloqçulara, internet yazarlarına təzyiqlər varmı?

Ə.N.: Hələ ki təzyiqlər görünmür. Ancaq belə bir şey var ki, Qazaxısatnda əgər bu addım atılıbsa, deməli presendent var. Lakin mənə bloqları media ilə bərabərləşdirmək fikri belə qəribə gəlir. Bu axı bir nəfərin şəxsi fikirlərini cəmləşdirən səhifədir. Söhbət bloqdan gedir.

E.H.: Əslində bloqlar mediadır. Medianın bir növüdür. Amma KİV deyil. Fərq budur. Açıq aydın yazılıb ki, «İnternet kütləvi informasiya vasitəsidir». Əslində bu kazusdur. Belə çıxır ki, adi bankın saytı və ya axtarış saytı KİV-dir. Gülməlidir, amma reallıqdır. Digər tərəfdən, dünyanın istənilən ölkəsində internetə nəzarət var. Hətta ABŞ-da bir çox ərəb saytlarına girmək olmur. Adi «filtrləşmə» var.

-Deməli belə çıxır ki, Azərbaycan internet məkanı azaddır?

E.H.: Bəli, əgər belə olmasaydı, Azərbaycanda son 6 ay ərzində bloqların sayı xeyli artıb. Keçən ilin əvvəlində bloqların sayı 6500 idisə, indi yalnız azərbaycandilli bloqların sayı 25 minə yaxındır.

Ə.N.: Mən bununla razı deyiləm. «Day.az»ın başına gələnləri unutmayaq. Bu hadisə internetimizdə senzuranın olmasının göstəricisidir.

-Bəyəm internetdə filtrləşmədən savayı daha hansısa senzura üsulu var?

Ə.H.: Harvard Universitetindən tədqiqatçı Etan Zakkerman adlı bir şəxs var. Onun «İnternet senzurasının şirin pişik» nəzəriyyəsinə görə, internet-senzura qəribə olsa da, fəal internet-yazarlarını yox, adi istifadəçiləri vurur. Axı internetə girənlərin böyük əksəriyyəti ondan əyləncə üçün istifadə edir. Fəal yazarlar isə bloklaşdırsaz, ban qoysaz, onlar müxtəlif yollarla internetə çıxış tapacaqlar.

E.H.: Mən də razıyam ki, senzura var. Ən böyük senzura – Azərbaycan internetinə yüksək qiymətlərin olmasıdır. Əgər Türkiyədə 8 meqabitli kanallı internetə ayda 12 dollara qoşulmaq olursa, biz 6 meqabitli kanala 1500 dollar ödəməliyik. Qiymətlərlə təsir edirlər. Və ya, WiMax texnologiyası bizə gətirilib, nəyəsə görə işə salınmır.

Digər senzura növü – daxili senzuradır. Bu yalnız «yeni media» ilə bağlı deyil. Bu adi insanın içində oturan senzorla bağlıdır. Daxilən düşünürük, «bunu yazsam birdən mənə nəsə edərlər».
XS
SM
MD
LG