Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:45

Həbsdə aclıq edən hüquq müdafiəçisi ağır durumdadır


Tehranın Evin zindanı
Tehranın Evin zindanı
45 gündür ki, İranın Evin zindanında saxlanan ictimai fəal, hüquq müdafiəçisi Bəhnam Şeyxinin səhhəti yaxşı deyil. Qardaşı Peyman Şeyxi radiomuza açıqlamasında belə deyib.

Bəhnam Şeyxi İranda azərbaycanlıların hüquqlarının müdafiəçisi, Azərbaycan dilinin məktəblərdə tədrisini tələb edənlərdən biri kimi tanınır. Qardaşının dediyinə görə, onun həbsi də elə bununla bağlıdır.

Həbsinə etiraz edən Bəhnam Şeyxi bir neçə gün aclıq edib və bundan sonra halı pisləşib.

«Həbsxanada on-on beş gün dilinə heç nə vurmayıb. Böyrəkləri ağrımağa başlayıb, halı getdikcə pisləşib və onu xəstəxanaya aparıblar. Xəstəxanada iki-üç gün müalicə olunub, sonra yenidən zindana gətiriblər».

Peyman Şeyxi deyir ki, qardaşı ilə bir həftə əvvəl görüşüb:

«Vəziyyəti yenə də ağırdır, arıqlayıb, təzyiqi aşağı düşüb… O tutulanda bizə dedilər ki, vəkil tutmayın. Biz də qalmışıq belə. Bilmirik neyləyək. Bizə dedilər ki, Bəhnam bir ay sorğudadır. Sonra həmin müddəti iki aya kimi uzatdılar. 15 gündən sonra həmin müddət başa çatmalıdır. Hələ ki, rəsmi ittiham irəli sürməyiblər. Amma deyirlər ki, niyə türkpərəstsən, türklərin tərəfini saxlayrısan. Bir də onu tutanda sandıqdan pul tapılıb. Üstündə möhür vardı, Azərbaycan Milli hərəkatının. Görək nə olur bu işlərin axırı».

Bəhnam Şeyxinin həbsindən film çəkən dostu Mahmud Ocaqlı da hazırda həbsxanadadır.
XS
SM
MD
LG