Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:23

İslam süni mayalanma və abortlara qarşıdırmı?


"İslam və Demokratiya"da bu həftə...


Bu və başqa suallara Azadlıq Radiosu və İnternyus-Azərbaycanın birgə layihəsi olan İslam və demokratiya verilişində cavab aranıb.

Real qəhrəmanlar və ekspertlərin –
Qadın Krizis Mərkəzinin məsləhətçisi, həkim Təranə Həsənova və
dini təmayüllü “Parlaq gələcək” İB-dən Emilya Tağıyevanın yardımıyla.

"7 DƏFƏ ABORTA GETMİŞƏM, ÇÜNKİ QORUNMAQ YOLLARINI BİLMİRDİM"

Reportajımızın qəhrəmanımız Nigar ailəlidir, bir qızı da var. Ancaq deyir ki, “indiyə kimi 7 dəfə aborta getmişəm, çünki hamilə qalmamaq üçün olan vasitələrdən çox da xəbərdar deyildim. Düzdür, bunlar hamısı ilk həftələrdə olub. Ancaq bir dəfə 4 aylıq dölü də aldırmalı olmuşam. Çünki bir qızım var idi, dalbadal ikincisini istəmirdim”.

AZƏRBAYCANDA ƏSASƏN PLANLAŞDIRLMAYAN HAMİLƏLİYİ DAYANDIRMAQ ÜÇÜN ABORTA GEDİRLƏR

Bu gün Azərbaycanda aborta qərar verən, bətnindəki dölü süni yolla götüzdürən qadınların sayı çoxdur. “Loğman” klinikasının həkimi Aynur Xəlilova deyir ki, “Qadınlar arasında kontraseptiv istifadə edilməsi geniş yayılmayıb. Hamiləliklər tez-tez baş tutur. Artıq uşaq istəmədiklərinə görə aborta gedirlər”.

SIRF QIZ YA DA OĞLAN ISTƏMƏDIYI ÜÇÜN ABORT ELƏYƏNLƏR DƏ ÇOXDUR

Həkimin sözlərinə görə, tibbi göstərişlərin əks olması ucbatından abort etdirənlər də var. Amma onların sayı ümumi nisbətdə azdır.
Ancaq, qız ya da oğlan uşağı istəmədiklərinə görə abort edənlərin sayı hələ də müracitlərin yarısını təşkil eləyir.

“ISLAMDA KASIBÇILIQ VƏ YA CINSINƏ GÖRƏ ABORT GÜNAHDIR”

Emiliya Tağıyeva, "Parlaq gələcək" İctimai Birliyi
Verilişin qonağı dini təmayüllü “Parlaq gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Emilya Tağıyeva deyir ki, İslam yalnız bir halda – ananın həyatına təhlükə olanda aborta icazə verir:

“Quranda deyilir ki, kasıblıq üzündən, yoxsulluqdan qorxub uşaqlarınızı, xüsusilə də qızları öldürməyin, onların ruzisini tanrı verir. Və qiyamət günü diri-diri gömülən qızlarınıza görə də cavab verəcəksizniz”

ABORT QADAĞAN EDILSƏ, ÖLÜMLƏRIN SAYI ARTACAQ

Təranə Həsənova hesab edir ki, abortun qadağan edilməsi qadınlar arasında ölüm hallarının çoxalmasına gətirib çıxara bilər. “Azərbaycanda abortların sayı o qədər çoxdur ki, bu, rəsmi şəkildə qadağan edilsə, qadınlar evdə etdirəcəklər. Amma indi həkim heç olmasa normal şəkildə, anaya xətər yetirilmədən abort aparılmasına yardımçı olur”.

“DINƏ GÖRƏ QÜSURLU UŞAĞI DA ABORT ELƏMƏK OLMAZ”

Emilya Tağıyeva sözlərinə görə, “İnsan haqlarına böyük önəm verən İslam dini istər şikəst, istər xəstə olsun – dölün yaşamaq hüququnu tanıyır. Kiminsə yaşamaq hüququnu əlindən almağa heç kimin ixtiyarı yoxdur. O qədər əlil insanlar var ki, sonradan dünya üzrə şöhrət qazanıblar”. Bu üzdən İslam artıq formalaşan dölün abortuna mənfi yanaşır.

QÜSURLU KÖRPƏLƏRDƏN DANIŞANDA UŞAĞA GƏLƏCƏKDƏ BAXACAQ VALIDEYNLƏRI DƏ DÜŞÜNMƏK LAZIMDIR

Təranə Həsənova, "Qadın Krizis Mərkəzi"
Həkin-ginekoloq Təranə Həsənova isə deyir ki, onsuz da uşaq ana bətnində olarkən onun gələcəkdə kar-kor, yaxud da əl-ayaqdan şikəst olacağı görünmür. Daha çox ciddi fikizi və genetik qüsurları aşkarlamaq olur.

Bu qüsurları olan körpələr isə normal uşaq kimi yaşaya bilmirlər. Həkim öz təcrübəsindən misal çəkir və ağır qüsurlu uşağı dünyaya gətirən ananın sonradan həm uşağının, həm də öz əzablarına görə peşman olduğunu deyir.

İSLAM HAMİLƏLİKDƏN QORUNMA ÜSULLARINA NORMAL BAXIR

Roma papası Afrikaya səfərində Vatikanın prezervativlər kimi qoruyuculardan istifadəsinə qarşı olduğunu demişdi, islamın qoruyuculara münasibəti necədir? E.Tağıyevanın sözlərinə görə, İslam ailə planlamasına, qoruyuculardan istifadəyə, hətta süni mayalanmaya da normal yanaşır.

SÜNI MAYALANMAYLA BAĞLI ISLAMIN MÜNASIBƏTI

Lakin o halda ki, qadın yalnız öz həyat yoldaşından süni üsulla hamilə qalsın. Çünki əks təqdirdə, gələcəkdə onun dünyaya gətirdiyi uşaq bilmədən öz bacı-qardaşı ilə ailə qura bilər ki, bu da böyük günahdır.

Qadın Krizis Mərkəzinin məsləhətçisi Təranə Həsənova bu məsələdə təbabətin də eyni mövqedə olduğunu deyir. Belə ki, alimlər hesab edirlər ki, süni mayalnma zamanı uşaqğın atasının gizli saxlanması gələcəkdə genetik qarışıqlıqlara gətirib çıxara bilər.

Qaçqın düşərgəsində içməli su növbəsində dayan tənha ana, Pakistan, 07.2009
BƏS SƏN NƏ DÜŞÜNÜRSƏN?

Bu gün araşdırdığımız bəzi məsələrə insan haqları, təbabət və dini baxımdan münasibət üst-üstə düşür. Məsələn, uşağın qız, ya oğlan olduğunu biləndən sonra abortun yolverilməzliyi kimi. Ancaq, bəzi sualların hər kəsdə fərqli cavabı var.

Siz necə düşünürsüz, qonaqların fikirləri və bu məsələlərlə bağlı?

Uşaq dünyaya gələndən sonra ona baxa bilməyəcəyindən qorxub-aborta gedən haqlıdırmı?

Maddi imkanlarını nəzərə almayıb uşaq planlaşdırmaq nə dərəcədə düzgündür?

Ağır qüsurlu olacağını bilə-bilə, körpəni dünyaya gətirmək lazımdırmı?
XS
SM
MD
LG