Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Gənc fəalların işi ilə bağlı Klintona müraciət olundu


«İyulun 8-də Adnan Hacızadə və Emin Millinin xuliqanlıq ittihamı ilə həbs edilməsi beynəlxalq diqqət çəkib»
«İyulun 8-də Adnan Hacızadə və Emin Millinin xuliqanlıq ittihamı ilə həbs edilməsi beynəlxalq diqqət çəkib. Onlar Azərbaycanın hazırkı hökumətinə müxalif olan bloqqer və fəal gənclərdir. Belə bir ehtimal var ki, onların həbsi siyasi fikirlərini bildirmələrinin nəticəsi olub».

Demokrat partiyasından olan konqressmen Ceyms Moran gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi ilə bağlı dövlət katibi Hillari Klintona ünvanladığı məktubunda belə yazıb.

Cənab Moran daha sonra yazır: «Azərbaycanda hüquqi sistemin zəif olması ilə əlaqədar Hacızadə və Millinin məhkəməsinin ədalətli keçməyəcəyindən narahatam. Dövlət Departamenti onların işi üzrə məhkəmənin ədalətli olması üzrə hər-hansı addımlar atırmı? ABŞ-ın, harada olursa olsun, söz azadlığının boğulmasından narahat olduğunu göstərməsi vacibdir».

OL Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadəylə AN Gənclər şəbəkəsinin təsisçilərindən Emin Milli bu il iyulun 8-də Livan restoranındakı münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda ittiham olunurlar. Gənclər özlərisə bu ittihamı qəbul etmirlər.

Beynəlxalq qurumlar onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.

Məhkəmə hər iki gənclə bağlı iki aylıq həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG