Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:19

«Göygöl rayon İcra Hakimiyyətinə 40 min «şirinlik» vermişəm»


«GEN» MMC tikinti şirkəti 377 nəfərdən pul alsa da, onlara mənzil verməyib.
Avqustun 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin məhkəməsi davam edib.

Budəfəki iclasda təqsirləndirilən şəxs daha bir icra başçısına «şirinlik» verməsi barədə açıqlama verib.

«Kislovodsk şəhərində «Xramvozduq» pansionatı var. Elbrus Hacıyev, Ağa Seyidov və mən 2008-ci ildə belə qərara aldıq ki, biz də Azərbaycanda elə «Xramvozduq» adında şərikli bir pansionat tikək. Göygölün Hacıkənd kəndində bir nəfərlə razılaşıb özünə məxsus bir hektar torpaq sahəsini 100 min manata aldıq. Pansionatın tikilməsi üçün sərəncam almaq lazım idi. Bu işi Ağa Seyidova tapşırdıq. Qısa müddətdən sonra Ağa Seyidov dedi ki, icra hakimiyyətindən sərəncam vermək üçün 40 min manat istəyirlər. Gəncədə Ağa Seyidovun Elşad adlı qohumunun evində görüşdük və 40 min manatı Ağa Seyidova verdik ki, Göygöl rayon İcra Hakimiyyətinə çatdırsın. Ağa Seyidov pulu Göygöl rayon İcra Hakimiyyətinə çatdırandan sonra həmin torpaqda pansionat tikilməsinə dair sərəncam verildi», - deyə Elbrus Əliyev ifadəsində bildirib.

Elbrus Əliyev əvvəlki proseslərdə 85 min manat Xətai rayon İcra Hakimiyyətinə, 70 min manat isə Abşeron rayon İcra Hakimiyyətinə «şirinlik» verdiyini söyləyib.

«GEN» MMC tikinti şirkəti 377 nəfərdən pul alsa da, onlara mənzil verməyib. Bu şirkətin 20-dək əməkdaşı, o cümlədən rəhbəri Cinayət Məcəlləsinin 178.2.3 maddəsiylə, mütəşəkkil dəstə formalaşdırıb dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda vəsait əldə etməkdə ittiham olunur.
XS
SM
MD
LG