Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:25

«Məgər alt paltarında bomba gizlətmək olmaz»


Burkininin İranda istifadəsinə qadağa qoyula bilər
Burkininin İranda istifadəsinə qadağa qoyula bilər
Ahida Zanetti əslən livanlı olan avstraliyalı iş adamıdır. O, son günlər böyük müzakirələrə səbəb olmuş burkini adlanan xüsusi növ çimərlik paltarlarının istehsalıyla məşğuldur. Bu geyim avqustun 28-dən Fransada, bundan əvvəl isə İtaliyada qadağan olunub. Ahida Zanetti bir çox ölkələrdə, xüsusilə İranda çox məşhur olan burkini barədə danışarkən deyir ki, şirkətini 2003-cü ildə yaradıb.

BURKİNİLƏRİN 40 FAİZİNİN ALICISI QEYRİ-MÜSƏLMAN ƏHALİDİR

Şirkətin istehsal etdiyi məhsulların 90 faizi isə xaricə ixrac olunur. Hazırlanan burkinilərin 40 faizinin alıcısı isə qeyri-müsəlman əhalidir.

«Mən əvvəllər həmişə qadınlara kömək edə biləcək nəyisə dizayn etməyi arzulayırdım. Söhbət təkcə müsəlman qadınlardan getmir», - deyə Zanetti bildirir ki, görürəm ki, İranda qadınlar çox ümidsizdirlər:

«Məni İranın İslam İdman Federasiyası İrana dəvət edib. Onlar hətta məni fəaliyyətimə görə mükafatlandırıblar. Düşünürəm ki, İranda qadın idman oyunları tezliklə qabağa gedəcək. Şübhəsiz, burda mənim də rolum olacaq».

Ahida Zanetti deyir ki, İslam İdman Federasiyası ilə sıx iş birliyi var, İrandan çoxlu sifarişlər alır. Ancaq iranlılar çox siyasiləşmiş xalqdır. Buna görə də burkininin İranda istifadəsinə qadağa qoyula bilər:

«İndiki dövrdə İrana nəsə satmaq çox çətindir. Onların da hansı məhsul alması müşküldür. Məsələn, bizim elə bir sifarişimiz vardı ki, bu sifariş əsasında öz əməkdaşlarımızı Kanadaya, ordan da İrana göndərməliydik. Bu zaman siz Avstraliyadan İrana hər hansı məhsulun idxalına görə hökumətin icazəsini almalısız».

«MƏGƏR ALT PALTARINDA BOMBA GİZLƏTMƏK OLMAZ»

Zanetti məhsullarına İranda böyük maraq olduğunu da deyir:

«İranın üzgüçülük assosiasiyası və bir sıra müxtəlif idman təşkilatları bizə böyük dəstək verir. Ancaq burkini böyük mübahisə doğuran məhsul olaraq qalmaqdadır».

Zanetti deyir ki, «Sarkozi kimi təhsili olan siyasətçi burkininin qadağan olunması üçün gigiyenanı səbəb gətirir. Bunu yeganə səbəb kimi göstərirlər. Sadəcə, qeyri-gigiyenikdir deyə, məhsulu qadağan etmək qeyri-mümkündür. Hətta belə olsa da, ortda fakt olmalıdır».

Ahida Zanetti bu yaxınlarda Özbəkistanda hicabın qadağan olunmasıyla bağlısa bunları deyir:

«Məgər alt paltarında bomba gizlətmək olmaz. Olar. Bombalar getdikcə daha kiçilir və bicləşir. Onu alt paltarında gizlədib rahat gəzmək olar».
XS
SM
MD
LG