Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

ABŞ Türkiyə-Ermənistan yaxınlaşmasını alqışlayır


Yerevanın Hrazdan stadionunda Ermənistan-Türkiyə futbol komandalarının qarşılaşması, 6 sentyabr 2008
Yerevanın Hrazdan stadionunda Ermənistan-Türkiyə futbol komandalarının qarşılaşması, 6 sentyabr 2008
Birləşmiş Ştatlar Türkiyə və Ermənistanın ikitərəfli münasibətlərinin normallaşmasına dair növbəti addımlarını əks etdirən birgə bəyanatını alqışlayır. Azərtac-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Yan Kelli bildirib.

O qeyd edib ki, Vaşinqton həmişə Türkiyə-Ermənistan münasibətlərinin şərtsiz və müəyyən zaman çərçivəsində normallaşmasının tərəfdarı olub.

Öz növbəsində, Fransa Prezident Administarsiyasının mətbuat xidməti də Türkiyə və Ermənistanı təbrik edib. Fransa prezidenti Nikolas Sarkozi iki ölkə arasında əlaqələrin normallaşmasının bölgədəki sabitliyə yardım edən tarixi bir hadisə olacağını vurğulayıb.

Türkiyə və Ermənistan diplomatik münasibətləri qurmaq istiqamətində işləməyə razılaşıblar.

Hər iki ölkənin Xarici İşlər Nazirliyinin avqustun 31-də yaydığı bəyanatda deyilir ki, İsveçin vasitəçilik etdiyi məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir.

Avqustun 31-də İsveçrə, Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin birgə bəyanatından əvvəl Azərbaycan tərəfinə məlumat verilib. Bu barədə Türkiyənin «Hürriyyət» qəzeti məlumat yayıb.

Öz növbəsində baş nazir Ərdoğan da prezident İlham Əliyevlə telefon danışığında Türkiyə və Ermənistan arasında imzalanacaq iki protokol barədə məlumat verib.


Ermənilər Birinci Dünya Müharibəsi dövründə Osmanlı imperiyası tərəfindən 1,5 milyon ermənin soyqırıma məruz qaldığını iddia edir.

Türkiyə isə «soyqırımı»nı təkzib edir və təxminən 200 min erməninin müharibə və döyüşlərdə öldüyünü deyir.
XS
SM
MD
LG