Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:34

«Məscidləri sökməyə ehtiyac yoxdur»


«Mən inanıram ki, məscidin sökülməsi cəhdindən, nə İlham Əliyevin, nə də Mehriban xanımın xəbəri var»
«Mən inanıram ki, məscidin sökülməsi cəhdindən, nə İlham Əliyevin, nə də Mehriban xanımın xəbəri var»
Bakıdakı «Fatimeyi-Zəhra» məscidinin taleyilə bağlı ilahiyyatçı-filosof İlqar İbrahimoğlunun ünvanladığı müraciətlə tanışam və narahatlığı başa düşürəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu sözləri «Turan»a bildirib.

Məscidin sonrakı taleyilə bağlı məscid icmasının da müraciət etdiyini deyən A.Paşazadə hazırda bu yöndə iş getdiyini vurğulayıb. «Mən cümə xütbəmi bütünlükdə bu məsələyə həsr etdim və ölkə dindarlarının mövqeyini başa düşürəm»- deyə QMİ sədri bildirib.

İstənilən halda məscid sökülməsnin əleyhinə olduğunu deyən QMİ sədri «Fatimeyi-Zəhra» məscidilə bağlı yuxarı qurumlara müraciət etdiyini söyləyib.

«Mən qanunların işləməsi tərəfdarı olan adamam. Amma bəzi məscidlər qanunsuz tikilibsə belə, dindarlara yox, dinə və Allaha xatir onlar qanuniləşdirilə bilər və bundan ötəri məscidləri sökməyə ehtiyac yoxdur»- deyə QMİ sədri problemə münasibətini bildirib.

«Fatimeyi-Zəhra» məscidinin üzvlərilə görüşə toxunan A.Paşazadə görüşdə problemin müzakirə olunduğunu və yaxın vaxtda müsbət həllini tapacağını söyləyib. «Mən inanıram ki, məscidin sökülməsi cəhdindən, nə İlham Əliyevin, nə də Mehriban xanımın xəbəri var» - deyə QMİ sədri qeyd edib

«Fatimeyi-Zəhra» məscidi 1996-1998-cı illərdə Suraxanı rayonuna aid Yeni Günəşli qəsəbəsində tikilib. 2002-ci ildə Bakı meriyası məscidin binasının sökülməsi qərarı verib, amma icra 5 il yubanıb.
XS
SM
MD
LG