Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:35

Sürücünü döyən Nəqliyyat Nazirliyi əməkdaşlarına cinayət işi açıldı


M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov
M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov
«Dəvəçi rayonu ərazisində yük maşınının sürücüsünü döyən Nəqliyyat Nazirliyinin əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 309.2 – vəzifə səlahiyyətlərini aşma maddəsinin ağırlaşdırıcı bəndi ilə cinayət işi açılıb. Onların döydüyü sürücü Mehman Əmirquliyev haqqında isə Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə qaldırılan cinayət işi həmin maddənin yüngülləşdirici bəndinə dəyişdirilib».

Bu sözləri AzadlıqRadiosuna M.Əmirquliyevin vəkili Hafiz Ələsgərov deyib.

Vəkil bildirir ki, Nəqliyyat Nazirliyi işçilərinin əməli daha ağır maddə ilə qiymətləndirilməlidir:

«Bizim əlimizdə Nəqliyyat Nazirliyi əməkdaşlarının sürücünü döymələri, onun mobil telefonunu və 500 manat pulunu almaları ilə bağlı videolent var. Bu, təkzibedilməz sübut sayılır. Üstəlik, tibbi ekspertiza sürücünün bu döyülmə nəticəsində ağır kəllə-beyin travması aldığını təsdiq edib. Buna görə də biz nazirlik əməkdaşlarının daha ağır maddə ilə cəzalandırılmasını tələb edəcəyik».

Vəkil bildirir ki, sürücünün əməlində heç bir cinayət tərkibi olmadığı üçün onlar M.Əmirquliyevin dərhal azadlığa buraxılmasını tələb edirlər.

Hadisə bu il avqustun 4-də Dəvəçidə baş verib.

Nəqliyyat müfəttişləri sürücünü döyürlər
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid
XS
SM
MD
LG