Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Baxın, internetdə nə tapmışıq - 3


Bizə elə gəlir ki, bir vaxt gələcək BMT-nin iclasında çıxış edən diplomatlar tez-tez «Yoyo, hamıya respect» deyəcək, barmaqlarını oynada-oynada reperlərə məxsus əl jestlərindən nitqlərinə qüvvət verəcəklər.

Səbəbi odur ki, nəsil dəyişəcək, replə böyüyən gənclər gələcək hakimiyyətə.

Misal üçün bu videoya baxın. 80-ci illərdə Bakıda «break-dance» çox dəbdə idi. İndi həmin cərəyanın pərəstişkarları ahıllaşıb iş başına keçiblər. Onlardan zabit olanı da az deyil...



Uşaqlar da müxtəlif olur. Deyirlər ki, Rusiyanın baş naziri Vladimir Putin hələ çağa vaxtından kəşfiyyatçı olmaq istəyib.

Bu videoya baxandan sonra Putinin qeyri-adi uşaq olmasına heç bir şübhə yeri qalmır. Ən azından ona görə ki, onu xələfi Dmitri Medvedevlə müqayisə etmək olur.



Ötən il AzadlıqRadiosunun keçirdiyi sorğuda oxuculara belə bir sual vermişdik.

Siyasəti nəyə bənzədərdiniz? «Şahmat», «teatr» və «boks» çavabları arasında respondentlər sonuncuya üstünlük vermişdilər.

Ona görə fikirləşdik ki, bəlkə bu video siyasi ehtirasları analiz edən politoloqlara maraqlı gəldi



Əgər elə hesab edirsiniz ki, yalnız heyvanlar adamlardan nəsə öyrənir, səhvə yol verirsiniz.

Məsələn, barıtı çinlilər ixtira edib. Təkəri yunanlar. Bəs alkoqollu içkiləri?

Heyvanlar.

İlk dəfə insan övladının diqqətini alkoqola məhz heyvanlar cəlb edib. Qədim əcdadlarımız görüblər ki, meşələrdəki meyvələrin qıcqırmış qalıqlarını yeyəndən sonra heyvanların davranışında bir dəyişiklik yaranır. Beləcə maraqlanıb, dadına baxıblar, bəyəniblər.

Odur ki, badə qaldıranda dördayaqlıların sağlığını da unutmayın.

Bu inəyin sağlığına isə içməmək mümkün deyil. İçməyənlər belə - HACI PİVƏSİ ilə dolu badələri qaldırın bu mərd heyvanın şərəfinə.



İspanlarda bir misal var. HAMİ DEYƏ BİLƏR «MƏN CƏSURLUQ ELƏMİŞƏM. AMMA HEÇ KİM DEYƏ BİLMƏZ Kİ, MƏN CƏSURAM»...

Təqdim etdiyimiz bu videonun qəhrəmanına da qulaq asanda deyərsən ki, gör nə ürəkli adamdır. Cəmiyyətin problemlərindən qorxmadan danışır. Amma işi bərkə düşəndə, baxırsan ki, ağciyərin yekəsidir.



Sizcə, ilanı görməmişdən əvvəl bu KİŞİ nəyin və ya kimin ağına-qarasına döşəyirdi? Onun dediklərindən kiçik bir monoloq düzəldib bizə göndərin...
XS
SM
MD
LG