Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Həccə getmək istəyənlərin sayı niyə azalıb?


Keçən il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 5000-dən artıq olub
Keçən il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 5000-dən artıq olub
«İndiyə kimi Həcc ziyarətində iştirak üçün cəmi 800-ə yaxın adam sənəd verib».

Bu haqda məlumat verən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bildirib ki, bu il heç 2 minə yaxın adamı Həccə apara bilməyəcəklər. O deyib ki, Azərbaycandan Həcc ziyarətində 8500 adamın iştirakı mümkündür. Öz nüfuzundan istifadə etməklə isə bu rəqəmi 11-12 minə qaldıra bilərdi.

«İçərişəhər» Cümə Məscidi Dini İmasının rəhbəri İlqar İbrahimoğluya görə, Həcc ziyarətinə getmək istəyən minlərlə adam var ki, gedə bilmədi. O deyir ki, bunun əsas səbəblərindən biri ziyarəti təşkil edən şirkətlərə yaradılan maneələr oldu:

«HƏCC ZİYARƏTİ ƏTRAFINDA AJİOTAJ YARADILDI»

«Həcc ziyarəti ətrafında ajiotaj yaradıldı, getmək istəyənlərin sayı 6 mindən 2 minə endirildi, bir çox müstəqil şirkətlərə lazımi imkanlar yaradılmadı. Keçən ilki, ondan əvvəlki illərin şərtləri qaytarılsa, o imkanlar bərpa olunsa, minlərlə arzusunda olanlar Həccə gedər. Keçən il müstəqil fəaliyyət göstərən müstəqil operatorlar vardı ki, onlar üçün şərait yaradılmayıb. Hər il 500-1000 nəfərin ziyarətini təşkil edən ən azı iki operator bu il hələ ki imkanlarını bərpa etməyə çalışırlar».

Bu il Həcc ziyarətinin təşkilatçılığıyla məşğul olmuş şirkətlərin heç birinə kvota verilməyib. Bu şirkətlərdən biri olan «Karvan»ın mətbuat xidmətinin rəhbəri Rəhim Əliyev deyir ki, gedənlərin sayının az olmasının səbəblərindən biri də budur:

«İçərişəhər» Cümə Məscidi Dini İmasının rəhbəri İlqar İbrahimoğlu
«Şirkətlərə şərait yaradılmadı. Getmək istəyənlərin çoxu şirkətlərin xəttiylə gedirdi. Hər il şirkətlər üçün ayrılmış kvota artıqlamasıyla doldurulurdu, əlavə yerlər də istənilirdi. Keçən il təyyarəylə 100 nəfər aparmışdıq, yer verilsəydi, bu il də apara bilərdik. Getmək istəyənlərin sayının az olmasına iqtisadi böhran, donuz qripi xəstəliyi də səbəb ola bilər».

«ÖZƏL ŞİRKƏTLƏR ÖZLƏRİNİ DOĞRULDA BİLMƏDİLƏR»

Qafqaz Müsəlmanları İdarəsinin sözçüsü Rəhimə Dadaşova isə deyir ki, əvvəlki illərdən fərqli olaraq bu il Azərbaycana ayrılan yer az olduğu üçün onlar da turizm şirkətlərinə yer ayırmayıblar:

«Yer çox olsaydı, firmalara da vermək olardı. Digər tərəfdən onlar özlərini doğrulda bilmədilər. Bir tərəfdən həmin şirkətlərin apardıqları zəvvarlar problemlərlə üzləşəndən sonra gəlib burda bizdən narazılıq edirlər. Həm də Səudiyyə Ərəbistanı hökuməti bu məsələni qaldırır. Deyir ki, onlar pərakəndə gəlirlər, zəvvarı aparmaq təkcə turist səfəri deyil, dini qaydaları yerinə yetirmək lazımdır. Problemlər olduğu üçün bu məsələ bu il ləğv olundu».

Dinşünas alim Elşad Miriyə görəsə, səbəblərdən biri ziyarətə getmək istəyənlərin sayının azalması ola bilər. Digər səbəblərə gəldikdə, o bunları deyir:

«Özəl şirkətlərə verilən kvotanın ayrılması da əsas səbəblərdən biridir. Özəl şirkətlər bu səfərdən gəlir götürürdü. Başqa bir səbəb odur ki, müxtəlif beynəlxalq təşkilatlar daha ucuz qiymətə əsasən avtobuslarla Həcc ziyarətinə kömək edirdi. Onlar da bunu özəl şirkətlərlə həyata keçirirdilər. Bu da bir səbəbdir».

Donuz qripinə gəldikdə isə, dinşünas bunun çox az rol oynadığını deyir.

Keçən il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayı 5000-dən artıq olub.
XS
SM
MD
LG