Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

İqlim dəyişkənliyi ilə 2 trilyon pul tələb edir


Atmosferə atılan karbon qazının əhəmiyyətli dərəcədə azaldılması üçün təmiz enerji növlərinə 2010-2050-ci illərdə hər il 1.1 trilyon dollar investisiya qoyulmalıdır
Atmosferə atılan karbon qazının əhəmiyyətli dərəcədə azaldılması üçün təmiz enerji növlərinə 2010-2050-ci illərdə hər il 1.1 trilyon dollar investisiya qoyulmalıdır
İqlim dəyişikliyinin qarşısının alınması və onun yaratdığı problemlərin həlli üçün lazım olan trilyonlarla dolları kim ödəsin? Bu məbləği kimlərin arasında necə bölmək olar?

«Reuters» Agentliyi yazır ki, bu suallar iqlim dəyişikliklərinin qarşısının alınmasına dair danışıqların ən böyük əngəlidir.

Agentlik yazır ki, sentyabrın 22-də Nyu-Yorkda BMT-nin iclasında və sentyabrın 24-25-də «Böyük 20-lik» ölkələri liderlərinin ABŞ-dakı görüşündə əsas müzakirə mövzularından biri də iqlim problemlərinin həlli üçün tədbirlərə maliyyənin necə toplanmasıdır.

Əsas xərc isə havaya istixana qazlarının atılmasının azaldılmasına, eləcə də quraqlıq və sellərlə mübarizəyə hazırlıq işlərinə hesablanıb. Görüləcək işlər «zəiflətmə» və «uyğunlaşma» kimi iki qismə bölünüb.

Gələn həftə Avropa liderləri varlı ölkələri uyğunlaşma üçün inkişaf etməkdə olan dövlətlərə 2010-2012-ci illərdə ilə 7 milyard avro (10.3 milyard dollar) yardım etməyə çağırmağı planlaşdırırlar.

ÜMUMİLİKDƏ NƏ QƏDƏR PUL LAZIMDIR?

1. Zəiflətmə üçün

Atmosferə atılan karbon qazının əhəmiyyətli dərəcədə azaldılması üçün təmiz enerji növlərinə 2010-2050-ci illərdə hər il 1.1 trilyon dollar investisiya qoyulmalıdır. Bu, Beynəlxalq Enerji Agentliyinin hesablamasıdır.

Agentlik hesab edir ki, yanacağa qənaət metodları effektli şəkildə həyata keçirilərsə, lazım olan məbləği ilə 53 milyard dollara da endirmək mümkündür.

Amma bir çox araşdırma mərkəzləri 2020-2030-cu illərdə əlavə investisiya zərurəti yaranacağını, bunun üçün də hər il 778 milyon - 1,189 milyard dollar lazım olacağını deyirlər.

2. Uyğunlaşdırma üçün

2030-cu ilə qədər qlobal iqlim dəyişikliyinin ilkin ciddi əlamətləri görünən zamanlarda sellərin qarşısının alınmasına, suvarma sistemlərinin qurulmasına hər il 100-150 milyard dollar lazım olacaq. Bu, Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq İnstitutun məlumatıdır.

2030-cu ilə qədər uyğunlaşma işlərinə təkcə inkişaf etməkdə olan ölkələrə hər il 75 milyard dollar lazım olacaq. Bu, Dünya Bankının hesablamasında ortaya çıxan məbləğdir.

Beləliklə, dünya üzrə zəiflətmə və uyğunlaşdırma işlərinin xərclərini ödəmək üçün 2050-ci ilə qədər hər il 2 trilyon dollardan çox pul lazım olur. Bu da təxminən ABŞ-ın builki büdcə gəlirləri qədər bir məbləğdir.

PULU NECƏ TAPMALI?

İqlimin maliyyələşdirilməsi üçün indiyə qədər bir neçə mənbədən ciddi təkliflər səslənib:

1. Norveçin təklifi

2013-2020-ci illərdə varlı ölkələrə istixana qazları kvotasının 2 faizinin satılması ilə hər il 15-25 milyard dollar əldə etmək mümkündür.

2. Meksikanın təklifi

Dünya dövlətləri əhalisinin sayından, havaya atdığı karbonun miqdarından asılı olaraq pul ödəsin və həmin pulla bir beynəlxalq fond yaradılsın. Bununla ilə 10 milyard dollar yığmaq olar.

3. Avropa Komissiyasının təklifi

Karbon qazı bazarına müdaxilə yolu ilə. Ekoloji xərclərin əhəmiyyətli hissəsini karbon qazı tullantılarının əsas səbəbkarları olan inkişaf etmiş ölkələrin boynuna qoymaq.

Bununla 38 milyard dollar toplamaq mümkündür.

4. Az inkişaf etmiş ölkələrin təklifi

Təyyarə və gəmi yanacağına məcburi ödənişlər qoymaqla ilə 28 milyard dollar yığmaq mümkündür.

İQLİMİN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ MÖVCUD CƏHDLƏR

1. Almaniya öz sənayesi üçün inkişaf etməkdə olan ölkələrin çirkləndirmə limitini almaq üçün həmin dövlətlərin iqlim fondlarına 160 milyon dollardan çox pul ödəyir.

2. Qlobal Uyğunlaşma Fondu – qlobal karbon bazarında məcburi ödənişi 2% qaldırıb, amma hələlik cəmi 112 milyon dollar yığa bilib.

3. Dünya Bankının inkişaf etməkdə olan ölkələr üçün iqlim investisiyaları fondu varlı dövlətlərdən 6.1 milyard dollar toplamağa söz verir.

4. Meşələrin qırılmasına qarşı Norveç fondları ağacların məhvi ilə mübarizə işlərinə 510 milyon dollar verməyə boyun olub. Onlar Amazon fondlarına da 119 milyon dollar söz veriblər.
XS
SM
MD
LG