Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:39

Sürücülər Bakı-Xaçmaz yolunu bağlamağa cəhd göstəriblər


Sürücülər deyir ki, Bakının daş karxanalarından sənədləşdirilmiş qaydada aldıqları daşı Xaçmaza gətirə bilmirlər
Sürücülər deyir ki, Bakının daş karxanalarından sənədləşdirilmiş qaydada aldıqları daşı Xaçmaza gətirə bilmirlər
Oktyabrın 3-də Xaçmaz sakinlərindən ibarət 50-yə yaxın sürücü Bakı-Xaçmaz yolunu bağlamağa cəhd göstərib.

Sürücülər Nəqliyyat Nazirliyi yolların mühafizə xidmətinin əməkdaşlarının paytaxt Bakıdan Xaçmaza daş daşıyan sürücülərə qarşı hərəkətlərinə etirazlarını bildiriblər. Onlar həmin yolda döyülərək həbsə atılmış «Kamaz» sürücüsü Mehman Əmirquliyevin azad olunmasını, onu döymüş Nəqliyyat Nazirliyi əməkdaşlarının isə cəzalandırılmasını tələb ediblər.

Polis aksiyanın qarşısını alsa da, sürücülər tədbiri Xaçmaz şəhərindəki daş karxanasında davam etdiriblər.

Aksiyada çıxış edənlər bildiriblər ki, Bakının daş karxanalarından sənədləşdirilmiş qaydada aldıqları daşı Xaçmaza gətirə bilmirlər. Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı-Xaçmaz yolunda sürücüləri saxlayaraq onlardan qeyri-qanuni pul tələb edirlər. Pul vermək istəməyən sürücülərin maşınlarının dövlət-nömrə nişanlarını açırlar.

Sürücülər Nəqliyyat Nazirliyi əməkdaşlarının qanunsuz əməllərinə son qoyulması tələbilə prezidentə müraciət qəbul etdikdən sonra dağılışıblar.
XS
SM
MD
LG