Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:43

«Polis jurnalistlərə hücum edib»


Şahin Ağabəyli 2006-cı ildə böhtan atmaq ittihamı ilə həbs olunmuşdu
Şahin Ağabəyli 2006-cı ildə böhtan atmaq ittihamı ilə həbs olunmuşdu

«Milli Yol» qəzetinin redaktoru Ravil Məmmədovu hüquq mühafizə orqanları saxlayıblar. Bu haqda AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov məlumat verib.

Ravil Məmmədov həm də pia.az İnformasiya Agentliyinin redaktorudur. Sadiq Gözəlov jurnalistin saxlanmasının səbəbi və onun harada saxlanması barədə danışmaqdan imtina edib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun (RATİ) rəhbəri Emin Hüseynov AzadlıqRadiosuna deyib ki, həmin qəzetin və agentliyin baş redaktoru Şahin Ağabəylini də polis əməkdaşları aparıblar: «RATİ-nin əməkdaşları bunun şahidi olublar. Onlar bu hadisəni videokamera ilə çəkmək istəyəndə polis bizim üç əməkdaşımıza qarşı fiziki zor işlədib. Bizim iki videokameramızı və bir fotoaparatımızı aparıb».

Amma Daxili İşlər Nazirliyinin əməkdaşı Sadiq Gözəlov Şahin Ağabəylinin saxlanması və RATİ-nin əməkdaşlarına zor tətbiqi, avadanlıqların alınması barədə məlumatı təsdiqləməyib.
Şahin Ağabəyli 2006-cı ildə böhtan atmaq ittihamı ilə həbs olunmuşdu

XS
SM
MD
LG