Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:30

Kaydanau Bakıya gəlir


Tina Kaydanau
ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau Güney Qafqaz regionuna səfəri çərçivəsində oktyabrın 20-də Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Oktyabrın 22-24-də isə ABŞ rəsmisi Bakıda rəsmi şəxslərlə görüşlər keçirəcək. Xəbəri ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

Xəbərdə bildirilir ki, Kaydanaunun rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti institutları və biznes qurumlarının nümayəndələrilə də görüşləri planlaşdırılır.

KAYDANAU HAQDA ƏTRAFLI BURADA OXU
XS
SM
MD
LG