Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:35

3 mindən çox namizəd imza vərəqlərini təqdim edib


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
İndiyə qədər bələdiyyə seçkilərində iştirak etmək istəyən 3381 namizəd imza vərəqlərini toplayaraq komissiyalara təqdim edib. Bu barədə AzadlıqRadiosuna Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Onun sözlərinə görə, hələ ki 1658 bələdiyyə üzrə 20 min 704 nəfərin namizədliyi təsdiq olunub. Onların 19 minə yaxını imza vərəqi ilə təmin edilib.

Namizədlərin 16 minə yaxını elə hakim Yeni Azərbaycan partiyasının üzvləridir.

Bu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Bu zaman 17 18 bələdiyyəyə 15 682 üzv seçilməlidir. Bu Azərbaycanda üçüncü bələdiyyə seçkiləridir.
XS
SM
MD
LG