Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:47

H1N1- Ölümcül təhlükə yoxsa böyük oyunun adı?


«Donuz qripi» Ukraynada. Kiyev, 3 noyabr 2009
«Donuz qripi» Ukraynada. Kiyev, 3 noyabr 2009
Monqolustanda at əti bahalanıb. Camaat donuz əti olan kolbasanı yeməyə qorxur.

Almaniyada son bir həftədə H1N1 virusuna tutulanların sayı 3 min artıb. Əvvəlki həftəlik artım 1800 idi.

Amerikada mübahisə gedir ki, Quantanamo hərbi bazasında saxlanan və terrorda şübhəli bilinən məhbuslara da peyvənd eləmək lazımdır yoxsa yox.

42 ölüm halı qeydə alınan Cənubi Koreyada könüllü olaraq 400 məktəb dərsləri ləğv edib.

Gələn ay Həcc ziyarətinin başlanacağını və 2 milyon zəvvarın gəlişini gözləyən Səudiyyə Ərəbistanı dünən H1N1 virusuna qarşı peyvəndi təsdiq elədi. Bunun adı GlaxoSmitKline vaksinidir.

Əfqanıstanda 3 həftəliyə bütün məktəblər bağlanıb.

Amerikada konqresmenlər qanunvericiliyə təcili dəyişiklik təklif edirlər. Təklifə görə, qanun işverəndən tələb etməlidir ki, işçi xəstə olanda onu işə gəlməyə qoymasın və işçiyə haqqı ödənməklə 5 gün istirahət versin.

PANİKAYA ƏSAS VARMI?

Ukraynadan bir həftədir ki, həyəcanlı xəbərlər gəlir.
Ancaq Dünya Səhiyyə təşkilatı bazar ertəsi bəyanat verdi ki,Ukraynada donuz qripi ilə bağlı vəziyyətin pis olmasının əlamətləri yoxdur.

Ukrayna 80-dən çox adamın donuz qripindən ölməsini bildirir. Ancaq Azadlıq radiosunun Ukrayna xidmətinin direktoru İrena Xalupa hazırda Kiyevdədir:
"Vəziyyəti başa düşmək çox çətindir. Ukraynanın donuz qripi virusunu müəyyən eləyən avadanlığı yoxdur. Ona görə Ukraynada dəqiq bilmirlər ki, donuz qripindən doğrudan da kimsə ölübmü. Ukrayna nümunələri Londona Dünya Səhiyyə Təşkilatına göndərməlidir. Onda bilinəcək ki, ölən varmı."

Belə çıxır ki, donuz qripindən ölüm xəbərləri hələ yoxlanmalıdır.
Ancaq başqa misal bunun əksini göstərir.

Əfqanıstanda 700 adamın donuz qripindən öldüyü bildirilir.
Ölkənin səhiyyə naziri Səid Məhəmməd Əmin Fatəmi deyir: "Bizim H1N1 virusunun diaqnostikasını verən, virusu ayıra bilən hər cür avadanlığımız var. Biz bu avadanlığa görə Amerika hökumətinə minnətdarıq."

Xəstəlik doğrudanmı belə təhlükəlidir? – bu da başqa sualdır.

Almaniya qəzetləri sevincək xəbər verirlər ki, bu ilki Uimbldon tennis turnirinin yarımfinalçısı Tommi Haas «donuz qripi»ndən sağalıb. Tennisçinin özü deyir: «Əziyyətim 3 gün oldu».

Dünyada 5700 adamın adamın «donuz qripi»ndən ölməsi dəqiq təsdiqlənib.

Bununla belə, Dünya Səhiyyə Təşkilatı bildirir ki, «donuz qripi» hələ mutasiya edib ölümcül qripə çevrilməyib. Bu qrip hər il on minlərlə, yüz minlərlə adam öldürən adi mövsümi qripdən təhlükəli deyil. Sağalmaq ehtimalı böyük olaraq qalır.

Ancaq Dünya Səhiyyə Təşkilatı dünən xəbərdarlıq edib ki, «donuz qripi»nin mövsümi qripdən bir neçə fərqi var. «Donuz qripi» uşaqlara və gənclərə yoluxanda onlara adi qripdən daha çox təsir edir.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, peyvəndin heç bir ziyanı yoxdur və hamilə qadınlara mütləq peyvənd olunmalıdır.

Amerikanın Tibb Assosiasiyasının jurnalı isə son araşdırmanın nəticələrini dərc edib. Araşdırmaya görə Kaliforniyada «donuz qripi»nə tutulanların 11 faizi ölüb. 50 yaşdan yuxarı olanlar arasında ölüm faizi 18-20 arasındadır.

Amerikada H1N1 əleyhinə vaksinlərin sayı 30 milyondur. Ancaq tələb olunan say 300 milyondur. Adamlar əlimyandıda vaksin axtarır.

UBS bankının təhlilçisi Nik Modi isə deyir: «H1N1. Böyük oyunun adı belədir».

O deyir ki, H1N1 ətrafında baş verənlər dərman və dezinfeksiya istehsal edən şirkətlərin gəlirlərini dağa qaldırdı.
XS
SM
MD
LG