Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:36

Məhkəmənin qarşısında etiraz aksiyası


Səbail Rayon Məhkəməsi qarşısında aksiya
Səbail Rayon Məhkəməsi qarşısında aksiya
Noyabrın 11-də bloqqerlər Emin Milli və Adnan Hacızadə haqqında hökm çıxaran Səbail Rayon Məhkəməsi qarşısında aksiya keçirilib.

Hökmə etiraz edən şəxslər «Azadlıq», «İlham, gənclərdən əlini çək!» şüarlarını səsləndiriblər.

Aksiya polis müdaxiləsi olmadan başa çatıb.

Məhkəmə Emin Millini 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edib.

Bloqqerlər bu il iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ

MƏHKƏMƏNİN QARŞISINDAN FOTOLAR

XS
SM
MD
LG