Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:40

Bloqqerlərə ağır cəza verildi


Bloqqerlər Emin Milli 2 il 6 ay və Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib
Bloqqerlər Emin Milli 2 il 6 ay və Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib
«Yeni Müsavat»: Beynəlxalq insan haqları təşkilatların, Amerika rəsmilərinin, hətta dövlət katibi Hillari Klintoun xahiş və tələblərinə baxmayaraq gənc bloqqerlər Emin Milli və Adnan Hacızadə dünən Səbail Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edildi.

«Bizim Yol»: Hikmət Hazızadə: «Mən nəyəsə ümid edirdim»

Adnan Hacızadənin atası Hikmət Hacızadə hökmə qədər nəyəsə ümidinin olduğunu bildirdi: «Bu ümidi məndə ombudsman Elmira Süleymanovanın müraciəti, məsələni diqqətdə saxlaması və buna bənzər bir neçə hal yaratmışdı. Görünür, belə halların heç bir xeyri olmur…»

«Azadlıq»: ABŞ Dövlət Departamentindən hökumətin addımına sərt reaksiya

«Gənclərin barəsindəki hökm Azərbaycanın demokratik islahatlar istiqamətində proseslərdən geriyə doğru addımıdır». Ölkə ictimaiyyəti hökmü sifarişli sayır və hökumətin gənclərin gözünü qorxutmaq cəhdi kimi qiymətləndirir.

«525-ci qəzet»: Tərtərdə faciə: 5 hərbçi öldü, 3-ü yaralandı

Azərbaycanın Tərtər rayonunda ağır yol qəzası olub. ZİL markalı hərbi maşının toqquşması nəticəsində xeyli sayda ölən və yaralanan var. Qəzada 5 hərbçi ölüb, 3-ü yaralanıb. Hadisə hərbçilər təlimdən qayıdarkən baş verib.

«Şərq»: «İslam Konfransı Təşkilatı bəzi ölkələri narahat edir»

Bu fikir dünən Bakıda Azərbaycan Diplomatik Akademiyası və XİN-in təşəbbüsü ilə İslam Konfransı Təşkilatının 40 illiyi münasibəti ilə «Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış» adlı beynəlxalq konfransda səslənib.

«Bakı Xəbər»: Restoranlarda toy masalarının qiyməti real dəyərindən 4-5 dəfə bahadır

Şadlıq evlərinin yüksək və uyğunsuz qiymət tariflərini necə tənzimləmək olar? Fərrux Əsgərov: «Şadlıq evləri, vergidən yayınmaları da nəzərə alsaq, minimum 50 faiz qazancla işləyir».

«Yeni Azərbaycan»: Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən on dörd il ötür

«Azərbaycan üçün Konstitusiya bu gün üçün çox mühüm əhəmiyyət kəsb edir», - Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqaləsində belə yazır.

«Ədalət»: Deputatlar İTV-yə ayrılan vəsaitin artırılmasını istəyir

Milli Məclisdə Dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bəzi millət vəkilləri belə deyib. Fəzail Ağamalı deyib ki, İTV özünü doğruldub, ona görə də quruma büdcədə ayrılan vəsait artırılmalıdır.
XS
SM
MD
LG