Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:51

Azərbaycanda ifadə azadlığı təzyiq altındadır


Torbyörn Yaqland
Torbyörn Yaqland
Avropa Şurasının Baş katibi Torbyörn Yaqland bloqqerlərin azadlıqdan məhrum edilməsi haqda məhkəmə qərarı ilə bağlı bəyanat verib.

Azərbaycanda məhkəmə tərəfindən Adnan Hacızadəyə və Emin Milliyə təyin olunmuş olduqca sərt cəzalardan narahatam. «Xuliqanlığa» görə həbslə nəticələnmiş iyul hadisəsindən az öncə iki gənc «YouTube» şəbəkəsində satirik video yerləşdirmiş, orada hökuməti dolayısı ilə tənqid etmişdilər. Hadisələrin bu ardıcıllığı Azərbaycanda ifadə azadlığı üçün çəkindirici təsirə malik olacaq.

Hakimiyyət orqanları mediaya, vətəndaş cəmiyyətinə və ümumiyyətlə ictimai tənqidə qarşı öz mövqelərinə tənqidi yanaşmaqla yenidən nəzər salmalı və bu mövqeyi Avropa Şurasının üzvü və İnsan hüquqları haqqında Avropa Konvensiyasının iştirakçısı qismində götürdükləri öhdəliklərinə uyğunlaşdırmalıdırlar.
İfadə azadlığı demokratiyanın həyati əhəmiyyətli ilkin şərtidir. Onsuz azadlıq, yaradıcı fəaliyyət, yaxşı ideyalar, məsələlərin düzgün həlli və sosial tərəqqi yoxdur. Söhbət təkcə Adnanla Eminin azadlığından getmir, həm də Azərbaycanda bütün insanların azadlığından və rifahından gedir.
Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıqda təqsirləndirilən Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

MÖVZUYA MÜNASİBƏTİNİZİ FORUMDA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG