Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 03:38

Amnesty International bloqqerlərə dəstək kampaniyasına başlayıb


Amnesty International hüquq-müdafiə təşkilatı həbs edilmiş bloqqerlər Adnan Hacızadə və Emin Milliyə dəstək kampaniyasına başlayıb.

Təşkilatın 16 noyabr tarixli press-relizində işin mahiyyəti açıqlanıb və bütün xeyirxah insanlar İlham Əliyevin adına bloqqerlərin dərhal və şərtsiz azad edilməsi haqqında tələb göndərmək çağırışı yer alıb.

«Onlar vicdan məhbusu kimi tanınıblar və yalnız öz fikirlərini dinc şəkildə ifadə etdiklərinə görə həbs ediliblər».

Press-relizdə Azərbaycan prezidentinin, habelə müraciətin surətinin göndərilməsi üçün ədliyyə nazirinin və ombudsmanın faks nömrəsi və elektron poçtu göstərilib.

Xuliqanlıqda təqsirləndirilən bloqqerlər Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq-müdafiə təşkilatları onlara qarşı irəli sürülən ittihamları qondarma adlandırır və bloqqerlərin azadlığa buraxılmasını tələb edir.
Turan
MÖVZU İLƏ BAĞLI FORUMDA MÜNASİBƏTİNİZİ BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG