Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:21

YAP pulsuz təşviqat imkanından imtina edir


YAP icra katibi təşviqatda daha çox bölgələrə ağırlıq verəcəklərini bildirib
YAP icra katibi təşviqatda daha çox bölgələrə ağırlıq verəcəklərini bildirib
Bələdiyyə seçkiləri kampaniyası dövründə YAP pulsuz təşviqat imkanından istifadə etməyəcək. Noyabrın 26-da parlamentdə jurnalistlərə verdiyi açıqlamada Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov belə deyib:

«YAP seçkilərdə partiya kimi iştirak edən yeganə təşkilatdır. Ona görə də bizim debat aparmaq imkanımız yoxdur. Belə olan halda YAP-a verilən imkandan istifadə eləməsi sözün həqiqi mənasında əhəmiyyətini və mənasını itirir».

YAP icra katibi təşviqatda daha çox bölgələrə ağırlıq verəcəklərini bildirib.

O, müxalifətin seçkidə iştirakı məsələsinə də toxunub: «Bu ilki bələdiyyə seçkisində çoxlu sayda siyasi partiyanın, o cümlədən müxalifət partiyalarının iştirak etməsinə baxmayaraq, onların qeydə alınmış namizədlərinin sayı xeyli azdır».

İcra katibi müxalifət namizədlərin sayının az olmasında DSK sədrlərinin və digər strukturları günahlandırmağın düzgün olmadığını bildirib:

«Bu zaman həmin namizədlərdən qeydə alınanlar da çox olardı. Müxalifət partiyaları bələdiyyə seçkilərində az namizədlə təmsil olunmalarını DSK-larda və inzibati strukturlarda görməsi düzgün deyil».

Əli Əhmədov daha sonra bildirib ki, «müxalifəti bələdiyyə seçkilərində təmsil edəcək kifayət qədər nümayəndə yoxdur».

MSK bildiriblər ki, seçkiyə 18 partiya öz namizədləriylə qoşulub. Seçkiyə qatılan YAP-çıların ümumi sayı 17 688-dir. Daha sonra Böyük Quruluş Partiyası (385), Ümid Partiyası (375), Müsavat (125), Sosial Demokrat Partiyası və Vətəndaş və İnkişaf Partiyası hərəsi 1 namizədlə seçkiyə gedir.

Bələdiyyə namizədliklərini vermiş bir sıra müxalifət mənsubları bildirirlər ki, onlara namizədliklərini geri götürmək üçün icra orqanları və polis tərəfindən təzyiqlər edilib.

Seçkilərdə təbliğat-təşviqat kampaniyası noyabrın 25-dən başlayır. Seçkilər dekabrın 23-də olacaq.
XS
SM
MD
LG